Qurbn Qurbanov: "Bu, daha çox texniki səhv oldu"

09.06.2018 | 3466 dəfə oxunub

"10 gün ərzində 3 oyun keçirdik. Qazaxıstana məğlubiyyətdən sonra istəyirdik, komanda tam hazır olsun. Çox hərəkətli komandaya qarşı oynadıq. Futbolçularımın oyunundan, göstərdikləri xarakterdən razı qaldım".

Stadium.Az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Qurban Qurbanov Riqada Latviyaya 3:1 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra deyib.

"Buraxılan qola gəlincə, hesab 3:0 olanda bir çox futbolçuda adətən bir qədər arxayınlıq ola bilər. Bu, daha çox texniki səhv oldu. Son dəqiqələrdə rəqib də hücumda çoxaldı. Amma istəməzdim ki, son anlarda qol buraxaq" - deyə o bildirib.

Qurbanovun sözlərinə görə, komandada müsbətə doğru dəyişikliklər görüb: "Komandanın start heyəti təxmini var. Heç bir görüşdə tam heyətlə oynamamışıq. Çünki futbolçuların formasından da çox şey asılı olacaq. Rəqibdən asılı olaraq, heyət dəyişə bilər. Yoxlama görüşlərində futbolçuları yoxlamaq mənim üçün çox vacib idi. Komandada müsbətə doğru çox dəyişiklik gördüm".

Millimizin baş məşqçisi UEFA Millətlər Liqasının çətin olacağını vurğulayıb: "İstəyirəm, komanda o oyunlara tam hazır olsun. Bizi həmin turnirdə maraqlı qarşılaşmalar gözləyir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail