Yuri Maksimov: "Bunu ən böyük zəfər adlandırmazdım"

12.06.2018 | 4153 dəfə oxunub

"Çempionatın sonuna bir tur qalmış klub prezidenti mənə komandada qalmağı təklif etdi. Kubokun final oyununun nəticəsi buna təsir etməyəcəkdi. Ancaq biz titul qazanmaq istəyirdik. Müzakirələrdən sonra "Keşlə"də qalmağa qərar verdim. İyunun 20-də Bakıya dönəcəm və rəsmi müqavilə imzalayacam".

Stadium.Az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Yuri Maksimov ölkəsinin mətbuatına müsahibəsində deyib. Ukraynalı mütəxəssis "Keşlə"də qalmağının səbəbindən danışıb:

"Bu komandada perspektiv görürdüm. Futbolçular inkişaf edirdilər. Komandamız Avropa Liqasına vəsiqə qazandı. Bu da qalmağıma təsir etdi. Komanda yeni yaranıb. İstədiyim "Keşlə"ni görmək üçün təxminən 4 legioner oyunçunu transfer etməliyik. Bundan əlavə, bir neçə yerli futbolçu da transfer edilməlidir". 

"Keşlə" ötən mövsüm Premyer Liqada 6-cı yeri tutdu. Bu haqda danışan Maksimov nəticəni müsbət adlandırıb:

"Komandanı qışda qəbul etdim və təhlükəli zonada qərarlaşmışdıq. Buna görə də 6-cı yerə müsbət baxmaq olar. Mövsümün ikinci yarısında yaxşı çıxış etdik və ən çox xal toplayan 3 komandadan biri olduq". 

49 yaşlı mütəxəssis ye i mövsüm hədəfləri barədə danışıb:

"Nümayiş etdirdiyimiz oyun bizə ümid verdi. Daha yüksək yerlər uğrunda mübarizə apara bilərik. Çalışacağıq və mübarizə aparacağıq"

"Keşlə" Maksimovun rəhbərliyi altında ölkə kubokunun qalibi oldu. Yuri Maksimov finalda həmyerlisi Roman Qriqorçukun çalışdırdığı "Qəbələ"ni məğlub edərək, ilk dəfə bu turnirin qalibi oldu. Mütəxəssis bunu karyerasının ən böyük uğuru kimi qələmə verməyib:

"Bunu ən böyük zəfər adlandırmazdım. Rusiya I Liqasında "Mordoviya" ilə qalib olub, Premyer Liqaya yüksəlmişdik. Divizion səviyyəli yarış idi və qalib gəlmək asan deyildi".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail