"Neftçi" eks məşqçisini geri qaytardı

13.06.2018 | 3197 dəfə oxunub

"Neftçi"nin yeni baş məşqçisi Roberto Bordinin daha bir köməkçisinin adına aydınlıq gəlib. Stadium.Az xəbər verir ki, ötən mövsümdə də bu vəzifəni yerinə yetirən İqor Getmanla müqavilə 1 il müddətinə artırılıb.

İqor Getman 1991-1992, 1998-2007-ci illər ərzində "Neftçi”də çıxış edib, 236 oyun keçirib, 7 qol vurub. "Neftçi”nin heyətində Azərbaycan çempionatının (1992, 2004, 2005), ölkə kubokunun (1999, 2004) qalibi olan Getman müstəqillik dönəmində "ağ-qaralar"da ən çox oyun keçirən futbolçudur. O, 1995-2001-ci illər ərzində Azərbaycan milli komandasının heyətində 24 oyunda meydana çıxıb.

Bunadək də əsas komandada məşqçi, əvəzedici heyətdə isə baş məşqçi vəzifələrində çalışan 47 yaşlı mütəxəssis UEFA-nın A kateqoriyalı məşqçisidir.

İqor Getmanla yanaşı, Füzuli Məmmədov, Etibar Tarıverdiyev (qapıçılar üzrə) və Andrea Vezzu (fiziki hazırlıq üzrə) da baş məşqçi Roberto Bordinə kömək edəcəklər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail