"Qarabağ"ın üçüncü transferi

25.06.2018 | 3320 dəfə oxunub

Yeni mövsümdə ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” növbəti transferini gerçəkləşdirib.

Stadium.Az xəbər verir ki, Ağdam klubu “Lans”in 26 yaşlı hücumameylli yarımmüdafiəçisi Abdulla Zubiri heyətinə qatıb. Mərakeş əsilli fransız futbolçu ilə müqavilənin müddəti barədə Ağdam klubunun bu gün açıqlama verəcəyi gözlənilir.

Fransa mətbuatının iddiasına görə, “Qarabağ” “Lans”la 2019-cu ilə qədər müqaviləsi olan Zubirə görə qarşı tərəfə 1 milyon avro təzminat ödəyəcək.

Fransada “Lans”dan əvvəl “Qrenobl”, “İstr” klublarının da formasını geyinən hücumameylli yarımmüdafiəçi Şotlandiyada “Hibernian” və Rumıniyada “Petrolul” komandalarında çıxış edib. “Qarabağ” Abdulla Zubirdən əvvəl Filip Ozobiç və Rahil Məmmədovu heyətinə qatıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail