Rəşad Sadıqov: "Bu, mümkün deyil"

04.07.2018 | 3323 dəfə oxunub

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" klubunun kapitanı Rəşad Sadıqov Report-a açıqlama verib. Stadium.Az xəbər verir ki, 36 yaşlı müdafiəçi yoxlama oyunlarında məhsuldarlıqla yanaşı, komandanın fiziki durumunun da yaxşılaşdırılmasının vacibliyini vurğulayıb.

"Təlim-məşq toplanışında 3 yoxlama oyunu keçirmişik. Hələ ki, qələbə qazana bilmirik. Yoldaşlıq görüşləri olmasına baxmayaraq, hər zaman istəyirik ki, qalib gələk. Hətta məşqlərdə də oyun təşkil olunanda məğlub olmaq istəmirsən. Sadəcə, indi ondan vacib məsələlər var ki, bunlardan biri də komandanın formalaşması və oyunları yüklənmə altında keçirməsidir. Hazırda nəticədən daha vacib olan məqamlar var. Bu amillərə daha çox diqqət yetirməliyik. Məhsuldarlığa nəzər yetirsək, yoxlama oyunlarında yetərincə qol epizodlarımız olub. Sadəcə, bunlardan istifadə edə bilməmişik".

Sadıqov Ağdam təmsilçisinin ötən mövsüm də yoldaşlıq oyunlarında yaxşı nəticə göstərə bilmədiyini xatırladıb. O, rəsmi oyunlar barədə əvvəlcədən fikir bildirməyin mümkün olmadığını qeyd edib:

"Ötən il yoldaşlıq görüşlərində məğlub olsaq da, rəsmi oyunlarda qələbə qazanırdıq. Bunun əksi də baş verə bilərdi. Komanda oyunlara yorğun çıxır. İki-üç gündən bir yoxlama oyunları keçiririk. Belə matçlarda nəticələr çox önəmli olsaydı, yəqin ki, həftədə biri təşkil olunardı. Həmin oyunlar bir növ hazırlıq matçlarıdır".

Kapitan Çempionlar Liqasının I təsnifat mərhələsində Sloveniya "Olimpiya"sı ilə keçirəcəkləri oyuna hazırlıq üçün vaxt azlığından narahatlıq ifadə edib:

"15-20 gündür hazırlaşırıq. Bizi qarşıda "Olimpiya" kimi ciddi rəqib gözləyir. Narahat olduğumuz məqamlardan biri budur. Həmişə avrokubokların I təsnifat mərhələsində ideal formanı yığa bilmirdik. Heç kim bu mərhələdə ideal formada oynaya bilmir. Bu, mümkün deyil. Hansısa komandanın ideal formada olması üçün vaxt lazımdır. Komanda 1 aylıq istirahətdən gəlib. 15-20 gün ərzində ideal formanı yığmaq çox çətindir. Məşqlərimizi davam etdiririk. Məşqçilər nə tapşırıq verirsə, onları yerinə yetirməyə çalışırıq".

"Qarabağ" Avstriyadakı əvvəlki yoxlama görüşlərində Bolqarıstan "Ludoqorets"i ilə 1:1, Avstriyanın "Vakker İnsbruk" komandası ilə 0:0 hesablı heç-heçə edib, Suriya millisinə isə uduzub - 0:1. Bu gün Ağdam təmsilçisi Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə qarşılaşacaq. "Olimpiya" ilə ilk görüş iyulun 11-də səfərdə, cavab oyunu bundan bir həftə sonra Bakıda olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail