"Neftçi" Bakıya qayıdıb

Türkiyədəki təlim-məşq toplanışını başa vuran “Neftçi” Bakıya qayıdıb. Stadium.Az xəbər verir ki, komandanı hava limanında azarkeşlər alqışlarla qarşılayıblar.
"Neftçi” hazırlığı ara vermədən davam etdirəcək. İsmət Qayıbov adına təlim-məşq bazasında keçiriləcək məşq sabah saat 9:30-da start götürəcək.
“Neftçi” yeni mövsümə hazırlıq məqsədilə iki hissədən ibarət təlim-məşq toplanışı keçib. Toplanışın ilk hissəsi iyunun 17-dən 21-dək Bakıda olub. İyunun 22-dən iyulun 6-dək Türkiyədə baş tutan hazırlığın ikinci hissəsində "Neftçi” 4 yoxlama oyununa çıxıb. Komanda Makedoniyanın "Şkupi” (2:0), Rumıniyanın "Dunarea Kalarası” (2:0) və "Politexnika İaşi” (3:1), Bosniya və Herseqovinanın "Çelik” (4:1) klublarını məğlub edib.
Toplanış təkcə məşq və yoxlama oyunları ilə əlamətdar olmayıb. "Neftçi” yeni transferlərlə güclənib. Müdafiəçilər – Tural Axundov, Slavko Braliç, yarımmüdafiəçilər – Rəşad Eyubov, Qoran Paratski, hücumçular – Dario Frederiko, Baqali Dabo və Kvame Karikari heyətə cəlb edilib. Ötən mövsüm komandanın heyətində çıxış etmiş futbolçular – Ruslan Abışov, Kirilo Petrov, Məhəmməd Mirzəbəyov, Emin Mahmudov, Rəhman Hacıyev, Anton Krivotsyuk, Soni Mustivar və Namiq Ələsgərovla müqavilə yenilənib.
"Neftçi” bu mövsüm ilk rəsmi oyununu iyulun 12-də keçirəcək. Komanda saat 21:00-da "Dalğa Arena”da Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Macarıstanın "Uypeşt” klubu ilə qarşılaşacaq.
![]() ![]() ![]() ![]() ![]() |
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|















Xorvatiya - Kanada - 4:1 VİDEO
|
Belçika - Mərakeş - 0:2 VİDEO
|
|
Fransa - Danimarka - 2:1 VİDEO
|
||
Tunis - Avstraliya - 0:1 VİDEO
|
28.11.2022

27.11.2022





26.11.2022




25.11.2022




24.11.2022





23.11.2022
30.04.2022


29.04.2022
28.04.2022


27.04.2022


22.04.2022

20.04.2022



19.04.2022

18.04.2022






17.04.2022






![]() |
O | Q | H | M | T-f | X | ||
![]() |
||||||||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
![]() |

08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |