“Qəbələ” səfərə iki gün əvvəl gedəcək

16.07.2018 | 3813 dəfə oxunub

"Qəbələ" komandası "Proqres"lə keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu üçün Lüksemburqa bu gecə yollanacaq.

Stadium.Az xəbər verir ki, "qırmızı-qaralar” Differdanj şəhərinə iyulun 17-də səhər çataraq, “Hilton” otelində məskunlaşacaqlar. “Qəbələ”nin səfərdəki ilk məşqi sabah olacaq. Komanda günün ikinci yarısında hazırlıq keçəcək.

Oyunöncəsi son məşq və baş məşqçi Sənan Qurbanovun mətbuat konfransı isə qarşılaşmadan bir gün əvvəl - iyulun 18-də nəzərdə tutulub. Bakı vaxtı ilə saat 21:00-da 38 yaşlı mütəxəssis jurnalistlərin önünə çıxacaq. Saat 21:30-da isə “Qəbələ”nin oyunöncəsi son məşqi planlaşdırılıb. 

“Proqres” və “Qəbələ” arasındakı cavab oyunu iyulun 19-da Differdanj şəhər Munisipal stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail