"Proqres”dən güclü olduğumuzu sübut etmək istəyirik”

18.07.2018 | 4177 dəfə oxunub

“Evdə keçirilən ilk oyunda məğlub olmağımız çox pis haldır. Rəqib komanda nə qədər kompakt, müdafiə futbolu göstərsə də, biz öz oyunumuzu nümayiş etdirsəydik, nəticə fərqli ola bilərdi”.

Stadium.Az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov deyib 

38 yaşlı çalışdırıcı sabah keçiriləcək Lüksemburqun “Proqres” klubu ilə UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu öncəsi fikirlərini “qırmızı-qaralar”ın rəsmi saytına açıqlayıb: “Öz meydamımızdakı məğlubiyyətdən sonra mərhələ adlamağımız çətin görünür. Lakin mən komandamıza inanıram. Lüksemburqa da bu fikirlə gəlmişik. “Proqres”dən güclü olduğumuzu sübut etmək istəyirik”.

Qurbanov komandadakı durum və heyətdə gözlənilən dəyişikliklər barədə də danışıb: “Komandada yaxşı ab-hava var. İlk oyundakı məğlubiyyət bizi daha da birləşdirib. Komanda şəklində qarşılaşmadan müsbət nəticə ilə ayrılmaq istəyirik. Bilirik ki, səviyyə baxımından rəqibdən üstünük. Səfər matçında qalib gəlib, mərhələ keçmək istəyirik. İlk oyunla müqayisədə heyətdə bir neçə dəyişiklik olacaq. Vojislav Stankoviç zədəli olduğu üçün səfər matçına gəlməyib. İlk görüşü zədə səbəbindən buraxan komandamızın kapitanı Cavid Hüseynovun səfər matçında meydana çıxmaq ehtimalı yüksəkdir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail