"Volqa" rəsmisi: "Hər halda, Vaqif komandamızla birgə deyil"

11.01.2012 | 5152 dəfə oxunub

Rusiyanın “Volqa” klubu azərbaycanlı futbolçu Vaqif Cavadovla yollarını ayırıb. Stadium.az xəbər verir ki, bu haqda Lent.az-a klubun mətbuat xidmətinin rəhbəri Sergey Kozunov məlumat verib. 

Onun sözlərinə görə, 23 yaşlı hücumçu ilə müqavilə qarşılıqlı razılıq əsasında pozulub. Rəsmi qərar yaxın vaxtlarda açıqlanacaq. Lakin Kozunov bu qərarın nədən qaynaqlandığını açıqlamayıb: “Səbəbini baş məşqçimiz Dmitri Çerışev və futbolçunun özündən soruşsanız yaxşı olar. Yəqin ki, Çerışev Cavadovla bu barədə söhbət aparıb. Hər halda, Vaqif hazırda Türkiyədə təlim-məşq toplantısında olan komandamızla birgə deyil”. 

Hazırda Cavadovun Bakıda olduğu və yerli klublarımızla danışıqlar apardığı bildirilir. 

Qeyd edək ki, Vaqif Cavadov Rusiyanın “Volqa” klubuna 2011-ci ilin yayında transfer olunub. Hazırda Nijni-Novqorod komandası 16 komandadan ibarət Rusiya Premyer Liqasında 14-cü yeri tutur. Ötən il oktyabrın 19-da isə Cavadov Azərbaycan milli komandasından da 1 il müddətinə kənarlaşdırılıb. Səbəb kimi onun Avstriya ilə oktyabrın 7-də keçirilmiş 2012-ci il Avropa çempionatının seçmə qrup matçından sonra millimizin düşərgəsini özbaşına tərk etməsi göstərilib. Həmin qərarda bildirilir ki, Cavadov Azərbaycan Premyer Liqasında çıxış edəcəyi təqdirdə, AFFA-nın İntizam qaydalarına uyğun olaraq, 5 təqvim oyununu buraxacaq, klub isə 5000 manat cərimə olunacaq.
rn



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail