"Qəbələ"dən çempionatdan imtinayla bağlı açıqlama

04.08.2018 | 5085 dəfə oxunub

 "Qəbələ"nin əvəzedicilərdən ibarət komandası Azərbaycan Birinci Divizionunda iştirakdan imtina etdiyi barədə məlumat vermişdik.

Stadium.Az xəbər verir ki, klubun vitse-prezidenti Fariz Nəcəfov verdikləri qərarın səbəbləri barədə danışıb. Açıqlama verən Nəcəforv imtina qərarının bir neçə səbəblə əlaqədar olduğunu bildirib:

"İlk növbədə, əvəzedici komandamızın divizionda iştirakı lüzumsuzdur. Digər tərəfdən, mayda bu məsələ Klublar Komitəsinin iclasında müzakirə edildikdə məlum oldu ki, əvəzedicilərin çempionatı davam etdiriləcək. Biz də həm təşkilati, həm də büdcə məsələlərini buna uyğun formalaşdırdıq. Lakin AFFA İcraiyyə Komitəsi əvəzedicilərin çempionatının Divizionla birləşdirilməsinə qərar verdi. Bizim vəziyyətimizdə 2-3 dəfə çox. Çünki "Qəbələ"də əvəzedici heyət - U-19 və əsas komandada heyətə düşə bilməyən futbolçulardan ibarətdir. Amma indiki vəziyyətdə məcburuq ki, 22 - 25 əlavə futbolçunu daim qalmaq və digər məsələlərlə təmin edək. Bakıda bunu etmək çox rahatdır. Bölgədə isə 2-3 dəfə artıq büdcə lazımdır. Amma Divizionda iştirakdan imtinamız təkcə büdcə məsələsi ilə bağlı deyil".

AFFA və PFL-ə də bu barədə məlumat verdiklərini deyən klub rəsmisi bildirib ki, burada qeyri-adi bir şey yoxdur:

"Birinci Divizion ayrıca çempionat, fərqli təqvim, fərqli stadionlar deməkdir və bunun üçün ayrı komanda lazımdır. Bu səbəbdən, 2018-2019 mövsümü üçün komandamızın bu çempionatda çıxışını mümkün hesab etmədik və bununla bağlı AFFA və PFL-ə məlumat verdik".

2018-2019 mövsümündə Azərbaycan Birinci Divizionunda Premyer Liqa klubları da iştirak edəcək. Bu barədə AFFA İcraiyyə Komitəsinin son iclasında qərar qəbul olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail