"Keşlə"də əlbəyaxa dava

04.08.2018 | 6381 dəfə oxunub

Bu gün “Keşlə” və “Qəbələ” klubları arasında baş tutan yoxlama oyunundan sonra qalmaqal yaşanıb.

Stadium.Az xəbər verir ki, “Qəbələ”nin 2:0 hesabıyla qalib gəldiyi görüş bitən kimi “Keşlə”nin futbolçuları bir-birinə dəyiblər.

Belə ki, paytaxt klubunun legioneri Denis Silva gənc oyunçulardan bəzilərinə iradını bildirib. Bu zaman onlar da braziliyalı müdafiəçiyə etiraz etməyə başlayıblar. Xüsusilə gənc futbolçu Murad Qayalı komanda yoldaşının bu matçda avtoqola imza atmasını qabardaraq ondan susmasını tələb edib. Mübahisə komandanın avtobusunun yanında əlbəyaxa davaya qədər davam edib. Dava zamanı Murad Silvaya yumruq zərbəsi də endrib. Onları digər komanda yoldaşları və texniki heyət çətinliklə bir-birindən ayırıb.

Məsələni dəqiqləşdirmək üçün “Keşlə”nin mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədovla əlaqə saxladıq. Klub rəsmisi saytımıza açıqlamasında Qayalı və Silva arasında mübahisə olduğunu təsdiqləsə də, əlbəyaxa dava barədə yazılanları təkzib edib:

“Oyundan sonra Denis Murada öz iradını bildirdi. Aralarında kiçik mübahisə, anlaşmazlıq oldu. Ancaq mən Muradın Denisi vurmağını görməmişəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail