"Şerif" - "Qarabağ" oyunun yayımı ilə bağlı CBC sport bəyanat yaydı

22.08.2018 | 5800 dəfə oxunub

CBC Sport” telekanalı Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Şerif” – “Qarabağ” oyununun canlı yayımlanmamsı ilə bağlı bəyanat yayıb.

Stadium.az kanalın rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, bəyanatda deyilir:

“CBC Sport” telekanalı bəyan edir ki, UEFA Avropa Liqasının pley-off mərhələsinin avqustun 23-də keçiriləcək “Şerif” – “Qarabağ” görüşünü yayımlaya bilməyəcək. Bunun səbəbi oyunun yayım hüququna malik olan “Şerif” Futbol Klubunun yayım üçün çox böyük məbləğ istəməsidir. Moldova klubunun tələb etdiyi məbləğ bu səviyyədə bir oyun üçün real məbləğin 10 qatıdır. “CBC Sport” telekanalı qarşı tərəfə əvvəlcə siqnal mübadiləsi, sonra isə daha aşağı məbləğ təklif etsə də, “Şerif” FK Moldova kanallarının heç birinin Bakıdakı görüşə maraq göstərməməsini əsas gətirərək ilk oyunun çəkilişinə və yayımına görə bizdən tələb etdiyi məbləğdə güzəştə getmədi. Ötən il də bu komandaların UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki oyununda buna bənzər hadisə yaşanmış, yenə “Şerif” FK-nın istədiyi qeyri-real məbləğ səbəbindən oyunun Azərbaycana yayımı baş tutmamışdı. Hazırda ölkəmizdə bu oyuna maraq göstərən kanallar üçün danışıqlar prosesi açıq olaraq qalır. Amma öz tərəfimizdən təəssüf hissi ilə bəyan edirik ki, “Şerif” – “Qarabağ” görüşü yuxarıda qeyd olunan səbəblərlə əlaqədar “CBC Sport” kanalında olmayacaq. İ

zləyicilərimizin, azarkeşlərin və futbol ictimaiyyətinin bu qərarı anlayışla qarşılayacağına ümid edirik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail