"Məğlub olsaq da, buna peşəkar yanaşacağıq" - Qurban Qurbanov

22.08.2018 | 4312 dəfə oxunub

"Qarabağ" Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində sabah Moldovanın "Şerif" klubunun qonağı olacaq.

Stadium.az xəbər verir ki, oyundan öncə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında fikirlərini bölüşüb.

Təcrübəli mütəxəssis sabah ağır oyuna çıxacaqlarını deyib: "Sabah bizi meydanda çətin rəqib gözləyir. Hər iki komandanın avrokuboklarda qrupa qalmaq üçün son şansıdır. Ona görə də hamı bu şansdan istifadə etməyə çalışacaq. Mövsümün əvvəlində hədəfimiz avrokuboklarda qruplara qalmaqdan ibarət idi. Ancaq azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Məğlub olsaq da, buna peşəkar biri kimi yanaşacağıq".

Qurbanov ötən mövsüm ÇL-in təsnifat mərhələsində "Şerif"lə oyunları xatırlayıb və indiki komanda ilə fərqin böyük olduğunu deyib: "Ötən ilki "Şerif"lə bu ilki arasında böyük fərq var, komandanın yeni baş məşqçisi var, bu da yeni oyun fəlsəfəsi deməkdir. Daha çox topla oynayan bir komandaya qarşı mübarizə aparacağıq".

Mütəxəssis BATE ilə görüşdə qırmızı vərəqə alaraq, cəzalı duruma düşən Emeqaranı böyük itki adlandırıb: "Emeqaranın olmaması bizim üçün itkidir. Amma biz bu oyuna Emeqarasız hazırlaşmışıq. Heyətdə də ola bilsin bir neçə problem var. Amma buna baxmayaraq, oyuna hazırlaşmışıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail