"O, ölkənin ən yaxşı sol cinah müdafiəçilərindən biridir"

13.01.2012 | 4780 dəfə oxunub

"Sumqayıt" Futbol Klubu Premyer Liqanın ikinci dövrəsi üçün hazırlıq prosesini Olimpiya Yığmalarının Təlim-Məşq bazasında davam etdirir.

Stadium.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Ramil Həşimzadə hazırlıq prosesi və yeni transferlərlə bağlı klubun rəsmi saytına fikirlərini bildirib: "Bildiyiniz kimi, dekabrın 27-də komanda istirahətə buraxıldı. Premyer Liqadakı ağır oyunlardan sonra fasilənin bizə yaxşı təsir etdiyini deyə bilərəm. Yanvarın 5-dən etibarən isə çempionatın ikinci dövrəsi üçün yenidən təlim-məşq toplanışına başladıq. Gün ərzində iki dəfə olmaqla hazırlığımızı davam etdiririk. Bernhard Raabın rəhbərliyi ilə məşqlərimiz olduqca maraqlı keçir.

Ayın 16-da isə hazırlıq prosesinin ikinci mərhələsi üçün Antalyaya yollanacağıq. Yeni transferlərə gəldikdə, Tərlan Quliyevin "Neftçi"dəki çıxışını izləmişdim. Ölkənin ən yaxşı sol cinah müdafiəçilərindən biridir. Uğur isə olduqca cəld və dəqiq ötürmələrə sahib olan futbolçudur. Hər ikisi "Sumqayıt"a Premyer Liqada çox kömək edəcəklər".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail