Elşad Əhmədov: "Cavid ideal formadan uzaqdı"

26.08.2018 | 6658 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində “Sabah” “Zirə” ilə qarşılaşıb. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Stadium.Az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında “Sabah”ın baş məşqçisi Elşad Əhmədov jurnaistlərin suallarını cavablandırıb. O, əvvəlcə oyun haqda fikrilərini bildirib:

- İkinci turda zəif oynamışdıq, acı məğlubiyət dadmışdıq. Futbolçularla söhbətimiz oldu, səhvlərimizə baxdıq. İlk hissədə yaxşı oynadıq. Futbolçular həvəsli idilər. İlk qoldan sonra daha da həvəsləndik və rahat oynadıq. Ancaq ikinci hissə elə də rahat oynamadıq. Rəqib təzyiqi artırdı. O da başa düşüləndir. Yeni komandayıq. Rəqibə uğurlar arzulayırıq.

- Birinci hissədəki oyunu iknic hissədə görə bilmədik…
- Yeni komandayıq. Çatışmayan cəhətlərimiz oldu, onun üzərində çalışacağıq

- Cavidin zədəsi ciddirmi?
- Tam bilmirəm, sabah dəqiq bilinəcək

- Deviçi əvəz edə biləcək, oyunçunuz yoxdu…
- Hücumçumuz var, ola bilsin onun səviyyəsində yoxdu. Transfer etməyi düşünmürük. Yerli futbolçulara güvənirik

- Cavidin bəzi epizodlarında səhvlər var idi. 
- İdeal formadan uzaqdı. O, bizim komandaya gec qoşuldu. Türkiyədən qayıtdıqdan sonra zədələndi. Onun tam bərpası üçün vaxt lazımdı

- Çempionatdaki fasilə sizə necə təsir edəcək?
- Komandaya gec qoşulan oyunçular çoxdu. Fasilə bizim üçün xeyirli olacaq. Çatışmayan cəhətlərimiz var, onların üzərində işləyəcəyik. Bundan başqa yoldaşlıq görüşləri də olacaq



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail