Roberto Bordin: "Kifayət qədər gözəl oyun göstərdik"

27.08.2018 | 6143 dəfə oxunub

"Neftçi”nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Sstadium.Az xəbər verir ki, paytaxt klubunun italiyalı çalışdırıcısı dırıcısı 1:1 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:

“Burada gülən üzləri görmək mənə xoşdu. Çox güclü komanda olduğumuzu sübut etdik. Xeyli qol imkanı yaratdıq. Ağır oyun olsa da, öz oyunçularımdan kifayət qədər razıyam. Biz 7-8 qol epizodu yaratdıq. Bunu qorxaq, müdafiə futbolu adlandırmaq olmaz. Müdafiə futbolu oynayan komanda qol vəziyyətləri yarada bilməz. İkinci qolu da vura bilərdik.

Biz heyəti məşqlərə əsasən müəyyənləşdiririk. Yerli və ya əcnəbi fərqi qoymuruq. Mən yenə eyni qaydada məşqlərimi keçirirəm. Dabo xarakteristikasına əsasən, cinah oyunçusudu. O, həm orada, həm də mərkəzdə çalışdı. Karikarinin də qol vəziyyətləri oldu. Lakin təəssüf ki, fərqlənə bilmədi. Müdafiə xəttində anarxiyadan söhbət gedə bilməz.

Belə olsaydı, bu qədər hücum futbolu göstərə bilməzdik. Kifayət qədər gözəl oyun göstərdik. Lazım olanda müdafiə, lazım olanda hücum futbolu sərgilədik. Oyunumuzdan razı qaldım. Bir tərəfdən xoşbəxtəm ki, səfər oyununda heç-heçə etdik. Digər tərəfdən, qol vəziyyətlərimizi dəyərləndirə bilmədiyimizə görə üzgünəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail