Mladen Milinkoviç: "Mənim üçün yaxşı vəziyyət deyil"

27.08.2018 | 6323 dəfə oxunub

“Keşlə”nin baş məşqçisi Mladen Milinkoviç Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Stadium.Az xəbər verir ki, serbiyalı mütəxəssis 1:2 hesabıyla uduzduqları oyundan sonra bunları söyləyib:

“Təbii ki, evdə uduzmaq bizim üçün yaxşı hal deyil. Səhvlərimiz oldu. Bu, yeniyetmə yox, peşəkar komandadı. Buraxdıqlarımız uşaq səhvləri idi. Hesabda 0:1 geri düşmək komanda üzvlərinə pis təsir etdi və çalışdılıar ki, bərabərliyə imza atsınlar. Ancaq bu zaman etdiyimiz səhvlər də çox oldu. İkinci hissənin əvvəlində buraxdığımız 2-ci qol bizi daha çətinə saldı. Düzdü, penaltidən vurduğumuz qol bizdə ümid yaratdı.

Ancaq oyunun gedişatını xeyrimizə dəyişə bilmədik. "Səbail” çox ağıllı, sürətli futbol oynadı və səhvlərimizdən yaxşı yararlanması nəticəsində 3 xalı qazandı. Təbii ki, mənim üçün də, komanda üçün də yaxşı vəziyyət deyil. Ümid edirəm ki, milli komandanın oyunları ilə əlaqədar yaranmış uzunmüddətli fasilə daha yaxşı hazılaşmağımıza imkan yaradacaq və qələbələr qazanacağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail