Aftandil Hacıyev: "... verilən ara ilk qələbəsini qazanan komandamızı tonusdan salacaq"

27.08.2018 | 6129 dəfə oxunub

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Stadium.Az xəbər verir ki, gənc mütəxəssis 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:

“Gərgin oyunun olacağını gözləyirdik. Çünki rəqibun 1 xalı vardı, bizdə isə ümumiyyətlə, xal yox idi. Bu da hər iki komandanı motivasiya edirdi. Futbolçularımıza təşəkkür edirəm. Oyuna yaxşı kökləndilər. Çatışmazlıqlarımızı təhlil edərək aradan qaldırmağa çalışdıq. Yuxarı yerlərə çıxmaq istəyiriksə, həmişə belə hazırlaşmalıyıq.

Zəif rəqib olmadığından, ciddi hazırlaşmaq lazımdı. Fasilədə hazırlşamağa vaxtımız olacaq. Düşünmürəm ki, milli komandaların oyunları ilə əlaqədar verilən ara ilk qələbəsini qazanan komandamızı tonusdan salacaq. Bir qədər üzərimizdə təzyiq vardı ki, sonuncu pillədəyik. İndi düşünürəm ki, futbolçular daha istəkli olacaqlar.

Bu qələbə digər oyunlara əsla təsir etməməlidi. Fasilədə daha çox çalşmalıyıq. Futbolçu kimi bu cür qələbələr hiss etmişdim. Əlbəttə, baş məşqçi kimi də bunu hiss etmək xoş idi. Ardıcıllığın olması vacib lazımdı. Bunun üçün biz məşqçilər üzərimizdə çox çalışmalıyıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail