Qara Qarayev: "Oyundan öncə məni bu matça kökləyən bir amil vardı"

31.08.2018 | 5271 dəfə oxunub

“BATE ilə matçda hardasa rahatlıq ola bilərdi ki, məğlub olsaq belə, növbəti matç var. Amma bu oyun artıq son şans idi. Bütün gücümüzü ortaya qoyduq. İtirəcək heç nəyimiz yox idi. Düşünürəm ki, layiqli, “Qarabağ”ın adına yaraşan qələbə oldu. “Qarabağ”ın hər il Avrokubokların qruplarında mübarizə aparması ölkə futboluna, idmanına, Azərbaycan millətinə, bayrağına bir dəstəkdir. Şükürlər olsun ki, bu uğuru qazandıq. Artıq beş ildir ki, qrup mərhələsinə yüksəlirik”.

Stadium.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçirilən "Qarabağ" - "Şerif" matçından (3:0) sonra jurnalistlərə açıqlamasında deyib.

25 yaşlı yarımmüdafiəçi pley-off matçında azarkeşlərin azlığından narazılığını bildirib:

“Oyundan öncə məni bu matça kökləyən bir amil vardı. Bu amili çox pis vurğulamaq istəyirəm. Çünki heç gözləmədiyim bir şeydi. Oyundan öncə  “Qarabağ”ın həlledici oyununa 13-14 min bilet satıldı” xəbərini oxuyanda, and olsun Allaha oyuna daha çox motivasiya oldum. Həqiqətən də bizi dəstəkləyən azarkeşlər var, dəstəkləməyən də var. Uğur olanda yanımızda olan azarkeşlərimiz var. Amma düşünürəm ki, azarkeşə “Qarabağ”ın adına görə nə vaxt uğur qazandı və ya qazanmadı fərq etməməlidi. 

Bu komandanın bir ordusu, sevənləri olmalıdır. Necə ki, bu gün stadionda bizə dəstək oldular. Matça gələ bilməyənlə də ekran qarşısında dəstək oldular. Bizim çox vacib pley-off oyunlarımıza əvvəllər bilet tapmaq çətin olurdu. Amma indi baxırsan ki, tribunada boş yerlər var. Mən fərdi olaraq danışıram. Oyuna köklənməyimə səbəb olan əsas amillərdən biri bu idi. “Qarabağ” azarkeşləri uğura öyrəşsə də, Avroliqa Çempionlar Liqasında sonra ən nüfuzlu klub turniridir. Biz bir vaxtlar Çempionlar Liqasının qrup mərhələsinə adlamağı arzulayırdıq. Həlledici oyunumuzda bu qədər azarkeşin bizdən imtina etməsi, nə bilim, düşünürəm, onlar artıq bizim azarkeşimiz deyil. Biz uğur qazananda yanımızda olurlar”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail