"Qarabağ"ın konqolusu: "Mən autsayder mövqeyini sevirəm"

05.09.2018 | 4607 dəfə oxunub

UEFA Avropa Liqasının 2019-cu il mövsümünün püşkü Con Delarjlı "Qarabağ" üçün heç də ürəkaçan olmayıb. "E" qrupunda mübarizə aparacaq Azərbaycan çempionunun bəxtinə İngiltərənin "Arsenal", Portuqaliyanın "Sportinq" və Ukraynanın "Vorskla Poltava" klubları düşüb.

Azərbaycan klubu turnirə sentyabrın 20-də Lissabon səfərilə başlayacaq. Doğrudur, "Sportinq" son dövrlərdə üzləşmədiyi dərin böhrandan çıxıb. Lakin klubun əsas heyətinin bir neçə üzvü (Rui Patrisiom, Vilyam Karvalyo və Gelson Martins) azarkeşlərlə münaqişə üzündən komandadan ayrılıb. Bu il Portuqaliya təmsilçisi heyətindəki Nani, Jeremi Matyö və hollandiyalı hücumçusu Bas Dost (2016-cı ildə kluba gəldikdən sonra 71 matçda 66 qol vurub) kimi futbolçuların təcrübəsinə arxalana bilər.

"Sportinq" milli çempionatda arxada qalmış 3 turdan sonra 3-cü pillədə qərarlaşıb. Onun "Qarabağ"la cavab qarşılaşması noyabrın 29-da keçiriləcək.

Daha sonra "Qarabağ" oktyabrın 4-də "Arsenal"ı qəbul edəcək. Əfsanəvi Arsen Vengerin gedişindən və Unay Emerinin komandanın sükanı arxasına keçməsindən sonra londonlular mövsümə uğursuz başlayıb. Komanda Premyer Liqada 3 turda cəmi 3 xal toplayıb. Bununla belə, Obameyanq, Lakazet, Özil, Mxitaryan və Çex kimi oyunçuları olan komandanın mübarizəni qrup mərhələsində dayandıracağı inandırıcı görünmür. Bununla yanaşı, Delarj və komanda yoldaşları növbəti mərhələyə yüksəlmək şansını dekabrın 13-də Londonun "Emireyts" stadionunda keçiriləcək matça saxlamamaq üçün, ilk növbədə, "Arsenal"dan öz meydanında xal almağa çalışmalıdırlar.

Qalır qrupun sirli komandası "Vorskla Poltava". Ukraynalılar 2018-ci ildə milli çempionatda üçüncü olmaqla, avrokuboklara vəsiqə qazanıb. Tarixində Avropa səviyyəli turnirlərdə ikinci dəfə çıxış edəcək komandanın heyəti demək olar ki, yerli futbolçulardan təşkil olunub. 

"Vorskla" ilə qarşılaşmalar (oktyabrın 25-də Bakıda və noyabrın 8-də Poltavada) "Qarabağ" üçün həlledici də ola bilər. Ukraynalıları aşağılamaq istəmirik, amma Con Delarjın komandası bu rəqiblə qarşılaşmalarda mümkün olan bütün xalları qazanmasa, bu, yarışdan çıxa bilər.

Con Delarj : "Doğrudur, püşkün nəticəsi çətin oldu. Biz qrupun autsayderi hesab olunuruq. Amma bu, mənə "Osmanlıspor"un formasını geydiyim dövrü xatırladır. O zaman "Villareal", "Styaua" və "Sürix"lə eyni qrupa düşmüşdük. Buna baxmayaraq, böyük sürpriz edərək, qrup birincisi olmağı bacarmışdıq. Bəli, əvvəldən heç nə demək olmaz. Şansımızdan maksimum istifadə etməliyik. Mən autsayder mövqeyini sevirəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

28.11.2022

27.11.2022

22:00  Xorvatiya - Kanada - 4:1 VİDEO

01:03  Argentina - Meksika - 2:0 VİDEO

26.11.2022

22:10  Fransa - Danimarka - 2:1 VİDEO

16:12  Tunis - Avstraliya - 0:1 VİDEO

25.11.2022

22:07  Niderland - Ekvador - 1:1 VİDEO

19:10  Qətər - Seneqal - 1:3 VİDEO

16:09  Uels - İran - 0:2 VİDEO

02:54  Braziliya - Serbiya - 2:0 VİDEO

24.11.2022

01:04  Almaniya - Yaponiya - 1:2 VİDEO

00:58  Belçika - Kanada - 1:0 VİDEO

23.11.2022

30.04.2022

03:14  "Zirə"nin tarixi oyunu VİDEO

29.04.2022

28.04.2022

11:41  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

27.04.2022

11:24  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

22.04.2022

20.04.2022

04:38  "İnter" - "Milan" - 3:0 VİDEO

19.04.2022

18.04.2022

03:39  PSJ - "Marsel" - 2:1 VİDEO

03:32  "Sevilya" - "Real" - 2:3 VİDEO

17.04.2022

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail