"Heyətdə dəyişikliklər olacaq" - Qurban Qurbanov

10.09.2018 | 3533 dəfə oxunub

Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqası çərçivəsində sabah Maltaya qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini bölüşüb.

Stadium.az xəbər verir ki, təcrübəli mütəxəssis bu gün Maltada təşkil olunmuş mətbuat konfransında bunları söyləyib: “Vacib səfərə gəlmişik. Oyun həm bizim, həm də rəqib üçün çox əhəmiyyətlidi. Bu komandanın Farer adaları yığmasına qarşı keçirdiyi oyunu izləmişəm. Əslində 1:3 hesablı məğlubiyyətə layiq deyildilər. Komandamıza gəldikdə, demək olar ki, oyuna hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadı. Kosovo ilə görüşdən sonra bir günümüz yolda keçdi. Buna baxmayaraq, futbolçularıma güvənirəm və inanıram ki, sabah istədiyimiz oyunu nümayiş etdirə biləcəyik. Malta millisi fərqli sistemlə oynayır. Sürətli futbolçuları var. Heç bir komanda burda məğlub olmaq istəmir. Çalışacağıq müsbət nəticə əldə edək. Bura qələbə üçün gəlmişik”.

Təcrübəli çalışdırıcı start 11-likdə dəyişiklik edəcəyini açıqlayıb: "Heyətdə dəyişikliklər olacaq. Amma hansı dəyişikliklər edəcəyimi açıqlaya bilmərəm. Onu deyə bilərəm ki, ciddi dəyişiklik olmayacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail