"Qarabağ"la oyun öncəsi "Arsenal"da daha bir itki

24.09.2018 | 3879 dəfə oxunub

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan "Arsenal"da itkilər var. 

Stadium.az xəbər verir ki, Premyer Liqanın 6-cı turunda "Everton"la matçda zədələnən Sokratis Papastatopulosun oktyabrın 4-də "Qarabağ"la oyuna yetişməyəcəyi gözlənilir. Yunanıstan millisinin üzvünün son durumu bu gün bəlli olacaq. Qeyd edək ki, Bosniya və Herseqovina millisinin müdafiəçisi Sead Kolaşinaç, fransalı stopper Loran Koselni və ingiltərəli cinah müdafiəçi Karl Cenkinson da "Qarabağ"a qarşı oynamayacaq.

Bundan əlavə, erməni yarımmüdafiəçi Henrix Mxitaryanın da yüngül zədəsi var. Lakin onun durumu ciddi deyil. Buna baxmayaraq, onun da Bakıya gələcəyi gözlənilmir. 

Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Arsenal" oyunu oktyabrın 4-ü saat 20:55-də başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail