Cavid İmamverdiyev üçün əlamətdar tur

25.09.2018 | 6246 dəfə oxunub

“Sabah”ın kapitanı Cavid İmamverdiyev yubiley qeyd edib. Stadium.Az xəbər verir ki, yarımmüdafiəçi Azərbaycan çempionatlarında 200-cü matçını keçirib.

Bu, Azərbaycan Premyer Liqasının 5-ci turunun “Səbail”lə səfər qarşılaşmasına (0:0) təsadüf edib. Onun hesabında 19 qol var. İmamverdiyev ölkə çempionatlarında 2008/09 mövsümündə “Neftçi”nin heyətində debüt edib. Yarımmüdafiəçi karyerasının böyük hissəsini keçirdiyi paytaxt klubunda 143 görüşdə 13 qol vurub.

Daha üç klubda oynamış Cavid “Karvan”da 25, “Sumqayıt”da 28 (6 qol), “Sabah”da 4 oyun keçirib.

Arxada qalan turda daha bir futbolçu – “Zirə”nin üzvü İlkin Qırtımov da 200-cü oyununu keçirib. Debütü 2009/10 mövsümünə təsadüf edən müdafiəçi “Simurq”da 123 (2 qol), “Keşlə”də 68 (3 qol), “Neftçi”də 6, “Zirə”də 3 oyuna çıxıb. Bununla da ölkə çempionatları tarixində 200 və daha çox matça çıxanların sayı 126-ya çatıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail