"Qəbələ"nin "Keşlə"ylə 46-cı oyunu

28.09.2018 | 4731 dəfə oxunub

Bu həftə Azərbaycan Premyer Liqasında 6-cı turun oyunları keçiriləcək. Stadium.Az xəbər verir ki, “Qəbələ” sentyabrın 30-da öz meydanında “Keşlə” ilə qarşılaşacaq.

Qəbələ şəhər stadionunda keçiriləcək matç komandalar arasında 46-cı duel olacaq. İlk dəfə 2006/07 mövsümündə görüşən rəqiblər indiyədək 45 dəfə üz-üzə gəliblər. Bu görüşlərdə “Qəbələ” 14 qələbə qazanıb, 15 heç-heçə edib və 16 matçdan məğlub ayrılıb. Bu görüşlərdə paytaxt klubu 58, “qırmızı-qaralar” 47 qol sevinci yaşayıb. “Qəbələ”nin bu matçlardakı ən məhsuldar oyunçusu Daniel Subotiçdi. O, 5 dəfə fərqlənib. 

İndiyədək keçirilən 45 matçdan 40-ı çempionat, 5-i kubok çərçivəsində baş tutub. Premyer Liqada 11 qələbəsi olan “qırmızı-qaralar” 15 heç-heçə edib və 14 dəfə uduzub. 40 dəfə rəqib qapısına yol tapan “Qəbələ” 51 qol buraxıb.

23-cü dəfə “Keşlə”ni qonaq edəcək “Qəbələ” evdəki 22 matçda 8 dəfə qalib gəlib, 9 heç-heçə edib və 5 dəfə məğlub olub. Öz meydanında 26 top vuran bölgə futbolçuları 21 qol buraxıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail