"Qəbələ" Antalyada

16.01.2012 | 5419 dəfə oxunub

"Qəbələ"nin 17 yaşa qədər futbolçulardan ibarət komandası yanvarın 14-də hazırlıq məqsədilə Antalyaya yollanıb. Stadium.az xəbər verir ki, heyətə daha aşağı yaş qruplarından oyun səviyyəsinə görə fərqlənən futbolçular da cəlb olunub.
 
Yanvarın 24-dək davam edəcək təlim məşq toplanışı müddətində U-17 "Papilion Belvil Otel"də məskunlaşacaq. Hazırlıq dövründə "Qəbələ" yoldaşlıq oyunu keçirəcək. İlk matç yanvarın 17-də "Antalya Kunduspor"un 17 yaşa qədər futbolçulardan ibarət komandasına qarşı olacaq. "Qəbələ"nin ikinci oyunu 20 yanvara planlaşdırılsa da, rəqib hələ ki, müəyyənləşməyib. 3-cü matçda isə Famil Xəlilovun yetirmələri Rusiyanın 16 yaşlılardan ibarət yığması ilə üz-üzə gələcək.

"Qəbələ" Antalyaya aşağıdakı heyətlə yollanıb:
 
1.  Əli Həsənli/Qapıçı/1996
2.  Aleksey Dedyukin/Qapıçı/1997
3.  Yusif Şirinov/Qapıçı/1997
4.  Şirməhəmməd Məmmədov/Müdafiəçi/1995
5.  Sadiq Quliyev/Müdafiəçi/1995
6. İbrahim Aslanlı/Müdafiəçi/1996
7.  Vəzir Musayev/Müdafiəçi/1996
8.  Məhəmməd Hüseynov/Müdafiəçi/1997
8.  Bəhlul Mustafazadə/Müdafiəçi/1997
9.  Çingiz Hüseynov/Müdafiəçi/1997
10.  Elvin Camalov/Yarımmüdafiəçi/1995
11.  Əsgər Nəbiyev/Yarımmüdafiəçi/1995
12.  Elnur Mustafazadə/Yarımmüdafiəçi/1995
13.  Tellur Mütəllimov/Yarımmüdafiəçi/1995
14.  Tərlan Əhmədov/Yarımmüdafiəçi/1996
15.  Qismət Alıyev/Yarımmüdafiəçi/1996
16.  Həsi Hümbətli/Yarımmüdafiəçi/1996
17.  Roman Hüseynov/Yarımmüdafiəçi/1997
18.  Əli Səmədov/Yarımmüdafiəçi/1997
19. Sahil Mirzəyev/Yarımmüdafiəçi/1997
20. Fərid Hacıyev/Hücumçu/1995
21. Ehtiram Şahverdiyev/Hücumçu/1996
22. Coşqun Süleymanov/Hücumçu/1998
23. Fərid Əsədli/Hücumçu/1998
 
Baş məşqçi: Halim Fıçıcı
Məşqçi: Famil Xəlilov
 
"Qəbələ" U-17 ötən il də qış fasiləsi hazırlıq dönəmini Antalyada keçirmişdi. Həmin vaxt "Qəbələ" U-17 liqasının çempionu olduğu üçün AFFA tərəfindən Türkiyəyə göndərilmişdi. Ötən mövsüm isə "Qəbələ" U-17 liqasında gümüş medallara sahib olub. Bu dəfə  klub rəhbərliyi "Qəbələ"nin Antalyada təlim-məşq keçməsini təmin edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail