Qurban Qurbanovdan Azərbaycan rekordu

29.09.2018 | 4327 dəfə oxunub

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan çempionatları tarixinə düşüb. Stadium.Az xəbər verir ki, Peşəkar Futbol Liqasının rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis 1992-ci ildən keçirilən yarışın 26 illik tarixində ən çox qələbə qazanan baş məşqçi ünvanına yiyələnib.

Bu rekord Azərbaycan Premyer Liqasının I turundan təxirə salınan “Zirə” ilə matçda rəsmiləşib. 3:2 hesablı qələbə Qurbanovun çempionatlarda 205-ci uğuru olub. Klub karyerasında “Neftçi” və “Qarabağ”a rəhbərlik edən mütəxəssis baş məşqçi kimi 13-cü mövsümündə, 347-ci qarşılaşmada rekord vurub. Onun komandaları matçların təxminən 59 faizində qalib gəlib. 

V turun “Qəbələ” ilə matçında əldə olunan 4:1 hesablı qalibiyyətlə rekorda şərik çıxan Qurbanov təxirə salınan matç keçirildikdən sonra aktivində 204 qələbə olan Ağasəlim Mircavadovun rekordunu arxada qoyub. Sonuncu “Qarabağ”, “Bakı fəhləsi”, “Şəmkir”, “Neftçi”, “Xəzər Lənkəran”ı ümumilikdə 343 çempionat oyununa çıxarıb.

 “205”ə çatan Qurbanov baş məşqçi kimi Azərbaycan çempionatlarında 2006/2007 mövsümündə debüt edib. Onun ilk qələbəsi “Neftçi”dəki debüt matçına təsadüf edib. 2006-cı il avqustun 6-da Qurbanovun yetirmələri “Gənclərbirliyi”ni məğlubiyyətə uğradıb – 6:1.

Ölkə çempionatlarının yeni rekordçusu “Zirə” ilə matçda yubiley də qeyd edib. Qurbanov “Qarabağ”ı bütün turnirlərdə (çempionat, kubok, avrokubok) üst-üstə 450-ci oyuna çıxarıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail