"Bütün əvəzetmələri onun sifarişi ilə etdik"

29.09.2018 | 5377 dəfə oxunub

“Neftçi”nin məşqçisi Fizuli Məmmədov Azərbaycan Premyer Liqasının VI turunda "Səbail”i 4-0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Hesab arasındakı fərq böyük olsa da, çətin oyun oldu. Meydana qələbə qazanmaq üçün çıxmışdıq. Futbolçularımız verilən tapşırıqları yerinə yetirdilər. Yanımızda olan azarkeşlərə, zəhməti keçən hər kəsə baş məşqçimiz və məşqçilər korpusumuz adından təşəkkür edirəm.

- Rəhman Hacıyevlə Namiq Ələsgərovda əsas heyətə düşmək üçün nə çatmır?

- Onlar bizim üçün çox dəyərli futbolçulardır. Namiq zədədən yeni qayıdıb, oyun təcrübəsi azdır. İstəyirik ki, formalarını bərpa etsinlər və əsas heyətə düşə bilsinlər. Hər iki bacarıqlı futbolçudur və inanırıq ki, əsas heyətə düşə biləcəklər. 

- Top daha çox rəqib müdafiəçilərin arxasına atılırdı. Bu, baş məşqçinin tapşırığı idi?

- Bu həftə hazırlıqlarımız belə keçib. Uşaqlar verilən tapşırığı maksimum yerinə yetirdilər. 

- Mirabdulla Abbasov meydanda olanda “Neftçi”nin işi asanlaşırmı?

- Belə deyək, Mirabdulla yaxşı formadadır. “Keşlə” ilə oyuna sonradan meydana daxil oldu və komandaya köməklik etdi. Lazım olan zaman Mirabdullaya, lazım olan vaxt Karikariyə şans veririk.

- Roberto Bordin oyuna müdaxilə edirdi?

- O, bizə yaxın oturmuşdu, bütün tapşırıqları verirdi. Bütün əvəzetmələri onun sifarişi ilə etdik. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail