Sənan Qurbanov: "Oyun üslubumuzda inkişaf var"

30.09.2018 | 4529 dəfə oxunub

Premyer Liqasının VI turunun “Qəbələ” – “Keşlə” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanovun mətbuat konfransı keçirilib.

38 yaşlı oyunla bağlı fikirlərini bölüşüb: “Qələbəyə köklənmişdik. Oyuna ciddi hazırlaşmışdıq. Qapımız önündə yaradılan 1-2 epizodda qol buraxmağın qarşısını ala bilmirik. Biz hücum edirik, amma qapımıza qol vurulur. İkinci hissədə matçın tempini artırdıq. Yenə qol imkanları yaratdıq, amma yalnız birindən istifadə edə bildik. Futbolçularımız üçün üzülürəm. Çox istəklidirlər, qalib gəlməyə çalışırlar. Futbolçularımızdan, onların istəyindən, oyunundan, sürətindən razıyam. Amma qol imkanlarını qaçırırıqsa, onlara da psixoloji cəhətdən təsir edir. Çalışırıq ki, onları bu vəziyyətdən çıxaraq. Lakin qol vursaq, fərqli durum yaranacaq. Oyun üslubumuzda inkişaf var. Bunu video analizlər də göstərir. İmkanları yaratmağın üzərində məşqlərdə çalışırıq, lakin artıq bunu qola çevirmək ustalıqdır. Burada psixoloji durum da önəmlidir. Bugünkü oyuna baxsaq, iki xal itirdik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail