Samir Abbasov: "Komandamızın gələcəyi var..."

01.10.2018 | 7019 dəfə oxunub

"Danışmaq çətindir. Oyunumuz alınmadı, çox pis mübarizə apardıq. Təzyiq altındayıq, məğlub olduqdan sonra vəziyyətimiz daha da pis olur. Bizə bir qələbə lazımdır, ancaq bunu qazanmaq üçün vaxta ehtiyacımız var”.

Stadium.Az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 6-cı turunda “Sumqayıt”a uduzduqları oyundan (0:1) sonra keçirdiyi mətbuat konfransında deyib.

O, məğlubiyyəti belə şərh edib: “Futbolçular oyunda nəyə qadir olduqlarını göstərməlidir. Aleksandr Dedovdan narazı idim, buna görə ehtiyatda idi. Bu gün Mirsahib Abbasova şans verdik, yoxladıq. Mirsahib özünü daim ehtiyatda qalmağa öyrəşdirib. Ondan çox şey gözləyirdik, lakin istədiyimizi əldə edə bilmədik”.

Komandanın ardıcıl uğursuz çıxışlarından danışan baş məşqçi qışa qədər gözləmək lazım olduğunu bildirib: “Komandamızın gələcəyi var, rəhbərliyimiz bizə dəstək olur. Komandaya yaxın olan adamları, azarkeşləri başa düşürəm. İnanıram ki, yaxşı vəziyyətə gələcəyik. Bəzi oyunçularımız çətinlik çəkirlər. İndiki vaxtda radikal addım atmaq düzgün deyil. Qışa qədər səbr etməli, sonra fikirləşməliyik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail