VII turun oyun cədvəlində dəyişiklik - Premyer Liqamız

02.10.2018 | 3776 dəfə oxunub

Peşəkar Futbol Liqası Premyer Liqanın VII turu ilə bağlı dəyişiklik edib.

Stadium.az xəbər verir ki, dəyişiklik AFFA, “Qarabağ” və “Keşlə” klublarının rəsmi müraciəti əsasında həyata keçirilib. 

Belə ki, Millətlər Liqasında 11 oktyabr tarixdə Farer adaları ilə səfərdə, 14 oktyabr tarixdə Malta ilə Bakıda keçiriləcək oyunlara daha yaxşı hazırlaşmaq məqsədi ilə Azərbaycan milli komandası 6 oktyabrda təlim-məşq toplanışına start verəcək.

Bütün bunları nəzərə alan AFFA Peşəkar Futbol Liqasından VII turun təqvimində dəyişiklik edilməsini xahiş edib. 

Azərbaycan milli komandasının beynəlxalq oyunlarını və “Qarabağ”ın ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil etməsini nəzərə alan PFL hesabat turunun təqvimi ilə bağlı aşağıdakı dəyişikliyə razılıq verib:

* Topaz Premyer Liqasının VII turunun 6 oktyabr tarixdə keçirilməli olan “Zirə” – “Qəbələ” matçı 5 oktyabr tarixdə keçirilsin.

* Topaz Premyer Liqasının VII turunun 6 oktyabr tarixdə  keçirilməli olan “Keşlə” - “Qarabağ” matçı 31 oktyabr tarixdə keçirilsin.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail