"Arsenal"la oyunda xal şansımız var" - Kuba

04.10.2018 | 3501 dəfə oxunub

Polşa mətbuatı “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda bu gün “Arsenal”la keçirəcəyi oyundan yazıb.

Stadium.az xəbər verir ki, “przegladsportowy.pl” saytında yer alan məqalədə Ağdam klubunun polşalı müdafiəçisi Yakub Jezniçakdan da bəhs olunub: “Qarabağ” qrup mərhələsinin ilk turunda səfərdə “Sportinq”ə uduzdu və Portuqaliyanı heç nə ilə təəccübləndirə bilmədi. Bu gün isə komanda daha ciddi rəqiblə - “Arsenal”la üz-üzə gələcək və belə bir oyunda Yakub Jezniçakın da meydana çıxmaq ehtimalı olduqca yüksəkdir. Ümumiyyətlə, bu futbolçu “Legiya”nı “Qarabağ”a dəyişəndə, bir çoxları onun qərarına gülmüşdü. Halbuki bu komandaya transfer olduqdan sonra hər il gözəl stadionlarda dünyaca məşhur klublara qarşı oynayır. Cəmi 1 il əvvəl Kuba Çempionlar Liqasında “Çelsi”, “Atletiko” və yarımfinala qədər irəliləmiş “Roma” ilə matçlarda forma geyinib. Bu gün Jezniçak Denni Uelbek və Məsut Özil kimi futbolçulara qarşı mübarizə aparacaq”.

Yazıda Jezniçakın fikirlərinə də yer verilib: “Ötən il komandamız “Atletiko”dan xallar almağı bacarmışdı. İndi isə “Arsenal”la oyunda belə bir şansımız var”. 

Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Arsenal” oyunu saat 20:55-də start götürəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail