“Qarabağ”ın oyununa görə Metroda gücləndirilmiş iş rejimi olacaq

04.10.2018 | 3738 dəfə oxunub

Avropa Liqasında “Qarabağ” və İngiltərənin “Arsenal” komandaları arasında keçiriləcək II tur matçına indiyədək satılan bilet sayı açıqlanıb. 

Artıq 55000-dən çox bilet sahibini tapıb. Azarkeşlərin əksəriyyəti isə bu gün metrodan istifadə edəcək. Maraqlıdır, “Bakı Metropoliteni” bununla bağlı olaraq hansı tədbirləri görüb?

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, Bakı Olimpiya Stadionunda keçirilən tədbirlərlə bağlı xüsusi əməliyyat planı var: 

“Həmin əməliyyat planına uyğun olaraq, “Koroğlu” metrostansiyası oyuna təxminən 2 saat qalmış, gücləndirilmiş iş rejiminə keçir. Gücləndirilmiş iş rejimində stansiyaya canlı işçi qüvvəsi, eyni zamanda bütün lazım olan texniki vasitələr ayrılacaq. Bu texniki vasitələrə qatarlar da daxildir. Zərurət yaranacağı halda, həmin ehtiyat qatarlar xəttə buraxılacaq. Bildiyiniz kimi, oyun 11-də qurtaracaq və indiki dövrə qədər bizim bununla bağlı problemimiz olmayıb. Yəni, gecə 00:00-a qədər stadiondakı tamaşaçılar rahatlıqla metrodan istifadə edərək, stansiyaları tərk edə biliblər”.

Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Arsenal” görüşü saat 20:55-də başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail