Mahir Mədətov: "Azarkeşlərin onu fitə basması yaxşı hal deyil" - MÜSAHİBƏ

05.10.2018 | 5860 dəfə oxunub

"Qarabağ"ın futbolçusu Maksim Medvedev Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Arsenal"a 0:3 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:
 
 - Düşünürəm ki, “Qarabağ” rəqibindən çəkinmirdi. Futbol oynamağa çalışırdıq. Özünüz də şahid oldunuz. “Arsenal” kimi rəqibə qarşı oynamaq hər komandanın işi deyil. Belə oyunda qol şansları yaratmaq bizim üçün müsbət məqamdır. “Arsenal”dan çəkinmədik, sadəcə, alınmadı. Dərk edirik ki, “Arsena" bizimlə müqayisədə tam fərqli səviyyədədir. Uduzmuşuq, amma nəticə önəmli deyil. “Arsenal” kimi komanda Bakıya gəldi, onları bura biz gətirmişik. Azarkeşlər belə nəhəng komandanı gördülər, maraqlı oyun izlədilər.

- Erkən qol nəticəyə təsir etdi?

- Bir az da kuryoz qol oldu. Diqqətsizlik səbəbindən qapımızda qol gördük. Futbolda hər şey baş verə bilər.  Çalışdıq ki, oyuna nəzarət edib, epizodlar yaradıb qollar vuraq.
 
- İlk hissədə Aleks İvobini saxlamaqda çətinlik çəkirdin. Sonradan sanki ikinci hissədə bu çətinlik aradan qalxdı...

- Deməzdim ki çətinlik çəkirdim. Sadəcə, fərdi ustalığına görə güclü oyunçudur. Həm də çalışırdım ki, oyun ərzində hücumameylli olum, irəliyə gedib orada da güc sərf edim. Bu isə bir qədər çətin idi.

- Azarkeşlər Məsut Özil meydana daxil olanda onu alqışladılar, amma Mahir Mədətov oyunu tərk ediləndə fitə basıldı. Buna münasibətin necədir?

- Mahir gənc və potensiallı oyunçudur. Azarkeşlərin onu fitə basması yaxşı hal deyil. Mədətova indidən belə təzyiq etsələr, gələcəkdə potensialını ortaya qoya bilməyəcək. 21 yaşında "Arsenal" kimi böyük kluba qarşı oyunda iştirak edirsə, onda həyəcan ola bilər. Çünki bizim kimi təcrübəli oyunçularda belə, həyəcan olur. Məsut dünya səviyyəli oyunçudur, həm də bir tərəfi türkdür. Ona görə də azarkeşlərin onu alqışlaması normal haldır.
 
- Rəqiblə forma dəyişdin?

- Formamı azarkeşlərimizdən birinə verdim. Heç kimdən də forma götürmədim. Azarkeşlərimizə təşəkkür etmək üçün futbolçularla birgə tribunalara doğru getdik. Mən forma dəyişdirmirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail