"Hücumlarımızı daha da şiddətləndirmək istədik" - Samir Abasov

05.10.2018 | 3836 dəfə oxunub

Əvvəlcə rəqib barədə danışmaq istəyirəm. Tək-tük olan şeydir. Bu komandadan çox xoşum gəldi”

Stadium.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Samir Abasov deyib. Gənc mütəxəssis Premyer Liqanın VII turunda “Qəbələ” üzərində 1:0 hesablı qələbəni şərh edib. “Qəbələ”nin düşdüyü bu durumu məndən yaxşı bilən olmaz. Çünki biz də eyni vəziyyətdəyik. “Qarabağ”la layiqincə rəqabət aparacaq bir nömrəli komanda “Qəbələ”dir. Çempionluğa oynamağa layiqdilər. Əfsuslar olsun ki, bu yerdədilər. Bizim oyunumuza gəlincə, uşaqlar bu matça özləri özlərini hazırlamışdılar. Həftəiçi bir yumruq kimi birləşdilər, istəkli idilər. Çoxdandır gözlədiyimiz qələbəni də qazandılar. Çox çalışdıq, Allah da bizə pay verdi. Bəzi oyunçular bizi “üzür”. Bəzi məqamları meydanda görmək istəmirəm. Onlara deyirəm ki, meydana çıxanda bilməlisiz ki, kim nə etməlidi. Neqativdən danışmaq istəmirəm. Bu günkü mübarizəyə görə onlara halal olsun. Sağ olsunlar. “Zirə”nin fanatları, bizi sevən “Sumqayıt”lılar bunu gözləyirdilər”.

Abasov sonradan meydana daxil olan Vüsal İskəndərlinin son dəqiqələrdə əvəzləməsinin səbəbini də açıqlayıb: “Cinahda Bilalın effekti azalmışdı, onun yükü artırdı. Sürətli, texnikalı futbolçudur. Sağ cinahı daha da gücləndirmək üçün belə addım atdıq. Hücumlarımızı daha da şiddətləndirmək istədik. Başqa bir səbəbi yoxdu”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail