Qurban Qurbamov: "Sabah ən yaxşı oyunumuzu göstərməliyik"

10.10.2018 | 4910 dəfə oxunub

"Biz bu gün çox danışmaqdansa, sabah meydanda daha çox iş görməliyik. Ona görə də çox danışmaq fikrində deyiləm. Rəqibi yaxşı tanıyıram. Onların da şansı var. Çalışırıq ki, şansımızdan daha yaxşı istifadə edək. Buna uyğun hazırlaşmışıq”

Bu sözləri yığmamızın baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının 3-cü turunda sabah Farer adaları ilə keçiriləcək səfər oyunu üçün təşkil edilən mətbuat konfransında deyib və daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Süni örtüklü meydan, futbolçularımızın öyrəşmədiyi yağışlı iqlim və matçın keçiriləcəyi meydançanın normadan kiçik olması komandamıza nə dərəcədə mane olacaq?

- Bəli, meydançaya baxdım. Məncə, hava şəraiti bizim üçün elə də problem yaratmayacaq. Havaya fikir verməməliyik. Fikrimiz oyunda olmalıdır. Hiss olunur ki, meydança standartlardan bir az fərqlənir. Buna da fikir verməli deyilik. Ancaq hər bir halda dediyiniz amillərin oyuna təsiri olacaq. Düşünürəm ki, futbolçularımız sabah meydanda nə etmək lazımdırsa, onu da edəcəklər.

- Həmkarınız Lars Olsen bir qədər öncə keçirdiyi mətbuat konfransında Azərbaycan yığmasına yol yorğunluğuna görə çətin olacağını bildirdi. Siz necə düşünürsünüz, futbolçularımız 14 saatlıq yorğunluğu qalan saatlar ərzində üzərlərindən ata biləcəklərmi?

- Dediyim kimi, nə mən, nə də futboolçular yorğunluq haqda düşünürük. Yorğunluq bizə mane olmamalıdır. Sabah ən yaxşı oyunumuzu göstərməliyik.

- Millətlər Liqasının görüşlərində hücumda elə də yaxşı təsir bağışlamayıb. Üstəlik, Ramil Şeydayev də “Krılya Sovetov”da oyun təcrübəsindən məhrumdur. Bu mənada Rüfət Dadaşovun sabah start heyətində çıxmaq perspektivləri nə dərəcədə realdır və məşqdə gördüklərinizə əsasən demək olarmı ki, “Proyssen”in forvardı 90 dəqiqə mübarizə aparmağa hazırdır?

- Açığı, Rüfət bizimlə cəmi iki məşq edib. Sabah yəqin səhər məşqindən sonra bəzi oyunçularla bağlı dəqiq qərar verəcəyəm. Ancaq indi heç bir problem haqda düşünmürəm. Fikirləşirəm ki, oyuna tam hazırıq və meydana yaxşı formada çıxacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail