"Rüfəti vaxtında dəvət etdik" - Qurban Qurbanov

13.10.2018 | 3661 dəfə oxunub

Hər oyunumuz vacibdir. Matçların sayı azaldıqca, daha vacib olur. Çətin, fərqli sistemdə çıxış edən rəqibə qarşı oynayırıq. Görüşün əhəmiyyətini hamımız bilirik. Futbolçularımızın bu qarşılaşmaya hazır olacağını düşünürəm”. 

Bu sözləri millimizin baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının 4-cü turunda Malta yığması ilə oyundan əvvəl keçirilən mətbuat konfransında deyib. Daha sonra o, jurnalistlərin sualları cavablandırıb.

- "Qarabağ"da yaxşı oyun, millidə isə daha çox nəticə tələb olunur. Futbolçuları gah buna, gah digərinə kökləmək problem deyil ki?

- Yaxşı nəticə üçün yaxşı oyun göstərmək lazımdır. Bunun üçün çalışırıq. Bəli, fərqli komanda və turnirlərdir. İstənilən görüşə yaxşı oyun göstərmək üçün çıxırıq.

- Heyətdə dəyişiklik olacaq?

- Farer adaları ilə müqayisədə ciddi dəyişiklik olmayacaq. Sabah səhər məşqindən sonra heyəti müəyyənləşdirəcəyik.

- Bir ay əvvəllə müqayisədə Maltada nə kimi dəyişiklik var?

- Malta həm bizə, həm Kosovoya qol vurub. Eləcə də Farer adalarına. Bu da onu göstərir ki, diqqət etməliyik. Kosovo ilə səfər görüşlərinə baxmışıq. Bu komandaya qol vurmaq və buraxmamaq üçün diqqətli olmalıyıq.

- Mifsudun yoxluğu bizim üçün üstünlükdür?

- Bu futbolçuya rəğbətim var. 37 yaşında bu cür hərəkətli olması digərlərinə nümunədir. Onun oynamayacağına sevinmirəm. İstəyirəm ki, yaxşı futbolçular meydanda olsun. Onun yoxluğunun rəqibin oyununa təsir edəcəyini düşünmürəm.

- Rüfət Dadaşovu daha öncə milliyə çağırmadığınıza görə təəssüflənmirsiniz ki?

- Xeyr. Biz hər bir futbolçunu daha hazır olanda çağırmaq istəyirik. Lakin bəziləri formada olmurlar. Amma biz onları çağırmağa məcburuq. Çünki oyunçu seçimi çox deyil. Rüfəti lazımi vaxtda komandaya dəvət etdik



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail