Mahir Mədətov: "Özümü kiməsə sübut etmək kimi fikrim yoxdur"

16.10.2018 | 4345 dəfə oxunub

"İştirakım olmayan epizodlarda, mövqeyimdən uzaq baş verənlərdə, hətta komandamız qalib gələn zaman mənə təhqirlər davam edirsə, buna başqa izah verə bilmirəm”.

Bu sözləri "Qarabağ”ın və Azərbaycan milli komandasının futbolçusu Mahir Mədətov ev oyunları zamanı fitə basılmasına cavab olaraq deyib.

Mədətov son oyunlarda qol vura bilməməsini belə izah edib: "Hamıdan çox fərqlənib komandama kömək etmək istəyirəm. Futbol bir komanda oyunudur. Komanda yoldaşım fərqlənirsə, bu, hamımızın uğurudur. Azarkeş də komandanı dəstəkləyir, hansısa bir futbolçunu yox. Hər zamankından daha çox çalışıram ki, komandaya xeyir verim. Düzdür, beynəlxalq oyunlarda hələ qol vurmamışam. Amma inanıram ki, o da olacaq”.

"Özümü kiməsə sübut etmək kimi fikrim yoxdur” deyən hücumçu əsas məqsədinin baş məşqçi Qurban Qurbanovun verdiyi tapşırıqları  yerinə yetirməkdən ibarət olduğunu vurğulayıb: "Futbolçuyam, öz işimi görürəm, baş məşqçinin verdiyi tapşırıqlara əməl edirəm. Üzərimə düşən vəzifəmi, işimi icra etməyə çalışıram”.

Mahir Mədətov "Qarabağ”ın İngiltərə "Arsenal”ı ilə Avropa Liqası, Azərbaycan yığmasının isə Malta ilə UEFA Millətlər Liqası matçlarında qol epizodlarından yararlana bilmədiyi üçün azarkeşlərin sərt reaksiyası ilə qarşılaşıb (Report).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail