"Qəbələ" "Neftçi"ylə oyuna hazırlaşır

16.10.2018 | 5569 dəfə oxunub

“Qəbələ” Premyer Liqanın II dövrəsinin hazırlıqlarını davam etdirir. Stradium.Az xəbər verir ki, “Səbail”lə oktyabrın 13-də keçirilən yoxlama oyunundan sonra birgünlük istirahətə buraxılan “qırmızı-qaralar” bu gün paytaxtda bir araya gəlib.

VIII turun “Neftçi” ilə ev matçına hazırlaşan komandanın məşqi günün ilk yarısına təsadüf edib. “Bakı” nın təlim-məşq bazasında gerçəkləşən hazırlıq prosesi iki hissədən ibarət olub. Futbolçular öncə fiziki hazırıq keçib, ardınca meydanda toplu çalışmaları yerinə yetirib.

Azərbaycan milli komandasının heyətindən qayıdan Təmkin Xəlilzadə və Ürfan Abbasov da artıq “Qəbələ”nin düşərgəsində olsa da, yığmalara çağırılan digər oyunçular hazırlıqda iştirak etmir. Sabahkı məşqini də Bakıda gerçəkləşdirəcək “qırmızı-qaralar” oktyabrın 17-də Qəbələyə yollanacaq.

"Qəbələ" - "Neftçi" oyunu oktyabrın 20-də Qəbələ şəhər stadionunda baş tutacaq. Matçın start fiti saat 17:00-da veriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail