"Qarabağ"a texniki məğlubiyyət veriləcək

20.10.2018 | 4023 dəfə oxunub

Premyer Liqanın VIII turunda doğma meydanda "Səbail"lə qarşılaşan "Qarabağ" bu oyundan qalib ayrılsa da, komandaya texniki məğlubiyyət veriləcək. 

Stadium.az xəbər verir ki, buna Ağdam klubunun oyunun protokolunda adı qeyd olunmayan futbolçunu meydana buraxması səbəb olub. Qarşılaşmanın son dəqiqələrində kapitan Rəşad Sadıqovun əvəzində meydana daxil olan cinah müdafiəçisi Abbas Hüseynovun adı matçın protokoluna daxil edilməyib. Bu, məşqçilər korpusunun diqqətindən yayınıb və o, meydana buraxılıb. Qarşıdakı günlərdə keçiriləcək AFFA İntizam Komitəsinin iclasında Ağdam klubuna texniki məğlubuyyətin verilməsi rəsmiləşəcək. Qeyd edək ki, az öncə başa çatan qarşılaşma "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail