"Qələbə üçün daha çox əziyyət çəkməliyik" - Qurban Qurbanov

31.10.2018 | 3220 dəfə oxunub

Qələbə üçün gəlmişdik, alınmadı. Oyun planımızda bir az çətinlik oldu. Belə meydanda oynamaq da çətindir. Heyətdə müəyyən dəyişikliklər var. Maksim məşqdə zədələnmişdi, Donald da zədəli idi. Futbolçular çox əziyyət çəkdi, yorğunluq hiss olunur. Tərlan Əhmədova da qarşıdakı oyunlarda uğurlar arzulayıram”.

Bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Keşlə" ilə 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın 7-ci turundan təxirə salınmış görüşdən sonra mətbuat konfransında deyib. Daha sonra 46 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- Maksim Medvedev, Donald Gerye və Ansi Aqollinin durumu nə yerdədir?

- Aqollinin "Vorskla” ilə matça yetişmək ehtimalı azdır. Onlarla ilk oyunda zədələnmişdi. Maksimlə bağlı dəqiq məlumat verə bilməyəcəyəm. Boyun nahiyəsindən zədə oldu. Gerye isə ən pis halda "Vorskla” ilə görüşə hazır olacaq.

- Jezniçak sol cinahda başlasa da, Rəşad Sadıqovla matçın gedişatında yerini dəyişdi. Bu, nədən qaynaqlanırdı?

- Sol cinahda hücumlarımız fərqli idi. Rəşadı irəli çıxdığı üçün ora keçirdik. Həm Rahil Məmmədli, həm Rəşad, həm də Jezniçak yaxşı çıxış etdi.

- Yorğunluğun böhrana gətirib çıxarmasından qorxmursunuz?

- Böhran onsuz da yorğunluqdan irəli gəlir. Əvvəllər də belə situasiya ilə rastlaşmışıq. Amma məğlubiyyətləri düzgün qəbul edərək bu səviyyəyə çatmışıq. Hamımız bir olmalıyıq. İçəridəki problemləri görürəm. İnsan yorğun olan zaman istədiyini edə bilməyəndə psixoloji yorğunluq yaranır. Təcrübəli komandayıq, başqa çıxış yolumuz da yoxdur. Yorğun da olsaq, bu qrafikə uyğunlaşmalı və qələbə üçün daha çox əziyyət çəkməliyik.

- Son dəqiqələrdə iki əvəzləmə etdiniz. Ancaq tablodakı problemə görə əvəzləmə yubandı. İtirilən vaxta görə, buna dəyərdimi?

- 79-cu dəqiqədə əvəzləmə olmalı idi. Hakimlər tabloda rəqəmləri yazırdılar. Qoldan həmən sonra əvəzləmə etmək istədim. Bir dəqiqədən çox yubandı.

- Tərlan Əhmədov 4-lü müdafiə oynatması ilə tanınır. Bu dəfə 5-li müdafiə ilə oynamaları sizin üçün gözlənilməz olmadı?

- Gözlənilməz olmadı, amma bunu az ehtimal edirdim. Paltardəyişmə otağında bunu gördük. "Keşlə” ötən illərdə də bu sistemdən ən yaxşı yararlanan komandalardan biri olub. Belə sistemə qarşı oynamışıq. Öz oyunumuzu daha da yaxşılaşdırsaq, istənilən sistemə qarşı oynaya bilərik.

- Qarşıdakı turda "Sumqayıt”la qarşılaşacaqsınız. Onlara qarşı daha da çətin olacağını düşünmürsünüz?

- Ola bilər. İlk oyunda da belə olmuşdu. Oyunlar gərgin, çətin keçir. Futbolçularıma yorulmaq barədə düşünməyi yaxın qoymayacağam. Yorğunluq olsa da, belə matçlara özümüzü hazırlamalı və daha aqressiv çıxış etməliyik. "Sumqayıt”ın oyunçularının fərdi bacarıqlarına görə, maraqlı oyun olacaq



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail