Bordin: "Kənardan deyilənlər məni maraqlandırmır"

03.11.2018 | 3359 dəfə oxunub

Premyer Liqada X turun “Keşlə” – “Neftçi” (0:1) oyunundan sonra keçirilən mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Roberto Bordin jurnalistlırin suallarını cavablandırdı. O, əvvəlcə görüş barədə fikirlərini bildirdi…

– Böyük və əzəmətli qələbədi. Bütün futblçular qalibiyyət hissini göstərdilər. Hamını təbrik edirəm. Bizə vaxt lazım idi ki, meydançaya adaptasiya olaq. Süni örtükdə yaxşı oynadıq. Vura bilmədiyimiz epizodlar oldu, amma çox yaxşı oynadıq.

– İndiyə qədər qarşılaşdığınız ən pis örtüklərdən olduğunu demək olarmı?

– Deyə bilmərəm ki, pisdi. Sadəcə, öyrəşməmişik.

– Rəhman Hacıyevin çıxışından razı qaldız?

– Onda alınırdı. İti ötürmələr edə bilirdi. Hücumların qurulmasında özünü yaxşı göstərdi. Oyunundan razıyam. Sadəcə sonluğu qoya bilmirdi. Bu baxımdan çatışmazlıq var idi.

– Hesab sürüşkən idi. 2-ci qolu vurub, daha rahat oynamağa nə mane oldu?

– Epizodlar oldu. Təəssüf ki, fərqi artıra bilmədik. Amma sevinirik ki, hesabı qoruya bildik. Hər oyun çoxlu qol vurmaq vacib deyil. Əsas 3 xaldı.

– Komanda bu heyətlə çempion ola bilərmi?

– Komandamızdan çox razıyıq. Yaydan indyə kimi böyük artım var oyunumuzda. Oyunçuların hər birindən, hətta əvəz olunanlardan da razıyam. Çempionat hələ uzundu. Addım-addım düşünmək lazımdı. “Zirə” ilə növbəti oyun çox vacibdi. Çünki ilk oyunda çox yaxşı oynamışdılar.

– Sizdən əvvəl “Neftçi”nin çalışdırıcısı olan Tərlan Əhmədovla rəqib idiz. Məğlubiyyət təzyiqə səbəb olacaqdı. Bu barədə düşünürdüzmü?

– “Neftçi”nin baş məşqçisiyəm. Kənardan deyilənlər məni maraqlandırmır. Əsas odu ki, oyunlara yaxşı hazırlaşaq və kənar təsirlərdən yayına bilək.

– Kirilo Petrovun yoxluğu nə ilə bağlı idi?

– Cüzi zədəsi var. Ümid edirik ki, ən qısa zamanda yenidən komandaya xeyir verə biləcək.

– Baxışda olan Mamadu Kane ilə bağlı qərar vermisiz?

– Özünü yaxşı tərəfdən göstərir. Adaptasiyası yaxşı keçir. Qərar vermək üçün vaxtımız var



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail