"Ukraynaya ümidlə gedirik" - Qurban Qurbanov

06.11.2018 | 3157 dəfə oxunub

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin IV turunun “Vorskla” ilə Ukraynadakı oyununa yollanmazdan əvvəl hava limanında jurnalistlərin suallarını cavablandırıb. 46 yaşlı mütəxəssis qarşıdakı oyun barədə danışıb.

- Komanda Ukraynaya yollanır. Kollektivdə hazırkı vəziyyət necədir?

- Komandanın ümumi vəziyyəti pis deyil. "Sumqayıt"la oyundan sonra futbolçulara iki gün tam istirahət verdik. Onların çoxdan buna ehtiyacları var idi. Amma bu gün məşqimiz oldu. Çalışdıq ki, çox nüanslara toxunaq. Daha çox nələrə hazır olmalıyıq. Belə bir məşqimiz oldu. Amma ümidimiz böyükdür. Bu gün də şahidi oldum ki, futbolçular həddindən artıq istəklidirlər. Bakıda məğlub olduğumuz görüşdən sonra mətbuat konfransında qeyd eləmişdim ki, hamımız üzgünük. Amma xeyli vaxt keçdi. Bu gün hiss edirəm ki, oyunçular daha yaxşı hazırlıqlıdırlar. Ukraynaya ümidlə gedirik. Düşünürəm ki, futbolçular gözəl oyun və yaxşı nəticə üçün maksimum çalışacaqlar


- Bakıda şanssız şəkildə məğlub oldunuz. Rəqib ancaq müdafiə olunurdu. Sizin fikrinizcə, Ukraynada rəqib necə oynayacaq. "Vorskla" hücum futbolu sərgiləsə, "Qarabağ" buna hazırdırmı?

- Rəqibin oyun prinsipi əks hücumlardan oynamaqdır. Bunu çox düzgün yerinə yetirirlər. Biz ilk növbədə buna hazırlıqlı olmalıyıq. Amma onların çempionatdakı ev oyunlarını da izləmişik. Oyunun əvvəllərində pressinq etməyi xoşlayırlar. Daha çox meydanın rəqibə aid olan hissəsində oynamaq istəyirlər. Bütün bunlara hazır olacağıq. Amma biz rəqibi müdafiədən oynamağa məcbur etsək, düşünürəm ki, həmin an oyunu müdafiədən quracaqlar. Bizə daha yaxşı nəticə lazımdır. Biz görüşdə daha çox hücum edən tərəf olmalıyıq. - Komandadakı itkilər barədə nə deyə bilərsiniz?

- Komandanın heyətində ciddi problem yoxdur. Sadəcə Ansi Aqolli komanda ilə tam məşqlər etməyib. O, bu gün isinmə hərəkətlərində komanda ilə birgə idi.

- İtirəcəyi bir şeyi olmayan komanda daha təhlükəli olur. "Qarabağ"ın itirəcəyi nəsə varmı?

- Biz oyunlarda çox xal itirdik. Hələ qarşıda itiriləsi çox şey var. Amma biz buna hazır olmalıyıq. Ola bilər ki, rəqib daha da istəkli olsun. Çünki onlar qələbə qazanacağı təqdirdə 6 xalları olacaq. Ola bilər ki, "Sportinq"lə xalları bərabər olsun. Amma biz yenə də bu matçı düşünürük. Rəqibin heç bir fikri və düşüncəsi bizi maraqlandırmır. Sadəcə, biz daha da yaxşı oynayıb, yaxşı nəticə əldə etmək üçün səfərə yollanırıq.

- "Qarabağ" ikili oyunların ikincisində daha yaxşı nəticə göstərir. Buna görə səfərdəki matçda xal və xallar qazanmağa ümid etmək olarmı?

- Ukrayna futbolu fərqlidir. Bu komandalar müdafiə olunmaqdan yorulmurlar. Nəticəyə oynamağı bacarırlar. Bizim üçün asan olmayacaq. Mən özüm də dəfələrlə qeyd etmişəm ki, ikinci oyunda rəqibi daha yaxşı tanıyırıq. Canlı görürük. Ola bilər ki, bu amil bizə kömək etsin. Amma nəzərə almalıyıq ki, səfərdə oynayırıq və burada azarkeş amili də var. Biz rəqibimizi səhvlərə məcbur etməliyik ki, bu səhvlərdən istifadə eləyək



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail