"Qara Qarayev: "Sabah bizi çətin oyun gözləyir"

07.11.2018 | 3955 dəfə oxunub

“Bizi sabah çox çətin oyun gözləyir. Uğur qazanmaq üçün heç bir maneə yoxdu”.

Bu sözlər “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayevə məxsusdu. Milli komandamızın üzvü Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Vorskla” ilə keçiriləcək oyunöncəsi mətbuat konfransında fikirlərini bildirib: “Ev oyunundan sonra rəqib barədə bu sözləri demək olar ki, yaxşı nəticə qazanmağı bacarırlar. Sabah müsbət nəticə əldə etmək güc tələb edəcək. Amma baş məşqçinin tapşırıqlarını yerinə yetirə bilsək, daha yaxşı nəticə əldə edə bilərik”.

- Bakıdakı oyunun son 10 dəqiqəsində bəzi futbolçuların yorğunluğu aşkar hiss olunurdu. Bu da qrafikin gərginliyi ilə əlaqədardı. Sabah isə sizin üçün həlledici andı. Sabahkı matç öncəsi özünüzü necə hiss edirsiniz?

- İstər milli, istərsə də klubdakı qrafikin sıx olması işimizlə bağlıdı. Qrafik nə qədər sıx olsa, daha yaxşıdı. Bunu tez-tez dilə gətirmək bizi daha çox yorur. İşimizin mahiyyətini başa düşürük. Bu fikri yaxın buraxmamağa çalışırıq. Bizim üçün vacib oyun olacaq. Bakıda da rəqibə qarşı istər mental, istərsə də fiziki cəhətdən yaxşı mübarizə aparmışdıq. Düşünürəm ki, sabah daha yaxşı oynayacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail