"Futbolçularım xarakter nümayiş etdirdilər" - Qurban Qurbanov

09.11.2018 | 3502 dəfə oxunub

Poltavada "Vorskla"nı məğlub edən (0:1) "Qarabağ" Avropa Liqasının qrup mərhələsində ilk qələbəsini rəsmiləşdirdi. Oyundan sonra "süvarilər"in baş məşqçisi Qurban Qurbanov fikirlərini bölüşdü: “Oyundan da razı qaldım. 90 dəqiqə mübarizədən geri çəkilmədilər, meydanın hər yerində ən yaxşısını etməyə çalışdılar. Hər birinə minnətdaram. “Vorskla”ya uğurlar arzulayıram”.

- Oyunboyu həyəcanlı görünürdüz. İlk hissədə isə hakimdən nəsə soruşurduz...

- İngiliscə o qədər də yaxşı bilmirəm. Donaldın epizodunda başa salmaq istədim ki, cərimə vermək olar, amma vərəqə göstərməyə bilərdi.

- Demək olar ki, bu hesab Bakıdakı nəticənin oyuna görə olmadığını göstərdi?

- Bu gün konsentrasiya daha yaxşı idi, nəinki Bakıda. Orda da qalib gəlməli idik. Bu gün də bunu sübut etdik. Bakıda da meydana qələbə üçün çıxmışdıq, alınmadı. Burda isə istəyimizə nail olduq.

- Hələ oyundan əvvəl komanda rahat idi, stressi üzərindən atmışdı. Sanki qələbəyə daha çox köklənmişdiniz...

- Bu gün qələbəyə inamım var idi. Həmişə rəqibi canlı gördükdən sonra digər matça daha rahat hazırlaşa bilirsən. Bu amilin də rolu oldu. Həm Bakıda, həm də burda qalibiyyət arzulayırdıq. Sadəcə, burda alındı.

- Bakıdakı oyunla müqayisədə start heyətində 4 dəyişikilik var idi. Bu, sırf ilk oyunun nəticəsinə görə edilmiş dəyişikliklər idi?

- Bəlkə hardasa rol oynadı. Amma hər matçda hansısa dəyişikliyi edirik. Bu gün belə dəyişikliklərə məcbur idim. Həm də daha hazırlıqlı oyunçuları meydana buraxmaq istədim. Bədavi və Mahir son vaxtlar çox yükləniblər. Bəzi daha təcrübəli oyunçulara da ehtiyac var idi. Gələn oyunda da dəyişikliklər ola bilər. Bakıdakı qarşılaşmanı məşqçilər daha düzgün analiz etdi və belə dəyişikliklərə əl atdıq. Xırda nüansların hamısı müəyyən rol oynadı.

- 3-cü dəyişikliyə əl atmadınız...

- Bəli, dəyişiklik etmədim. Buna ehtiyac görmədim. Əvvəl düşünürdüm müdafiəçi buraxmağa. Amma oyun göstərdi ki, komanda bir-birini tamamlayır. Bu üzdən ehtiyac duymadım.

- Halldorssonun oyunundan razı qaldınızmı?

- Ondan razı qaldım. Komandaya kömək edirsə, razı qalmalıyam. Digər futbolçuların da hər birindən razıyam.

- Bu qələbədən sonra qrupdan çıxmaq şanslarınızı necə dəyərləndirirsiniz?

- Düşünürəm ki, çətinləşdi. Çünki “Sportinq” səfərdə “Arsenal”la heç-heçə edib. Həm bizim, həm də “Vorskla”nın işi çətinləşdi. Yenə də ümid etməliyik. Biz sona qədər mübarizə aparacağıq.

- Hansı 3 vacib komponentdə rəqibi üstələdiniz ki, bunu Bakıda niyə edə bilmədiniz?

- Futbol kollektiv oyundu. Məncə, komponentləri deməyim düzgün çıxmaz. Futbolçularım tapşırıqları düzgün yerinə yetirdilər və idman xarakteri nümayiş etdirdilər.

- Hər iki oyuna baxsaq, demək olarmı ki, komandalar eyni səviyyədə oyun göstərdi?

- Belə deməzdim. Komandaların fərqli oyun üslubu var. Eyni səviyyə deməzdim. Amma hər iki komanda yaxşı nəticə əldə etmək üçün oyun göstərir. Hər komandanın öz oyunu var. Bir-birimizdən zəif və güclü saymazdım.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail