"Bu haqda danışmaq hələ tezdir" - Aftandil Hacıyev

10.11.2018 | 3546 dəfə oxunub

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqasının 11-ci turunda "Sabah"ı 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb

- "Bu cür oyunun olacağını gözləmirdik. Planlaşdırdığımız şeyləri edə bildik.

- Komanda 2-ci pilləyə yüksəldi. Özünüzü necə hiss edirsiz?

- Qarşımıza hansı pilləni tutmaq kimi məqsəd qoymamışıq. Yaxşı hiss idi. Bu yerdə qalmaq olduqca çətindir. Bəzi komandalar var ki, layiq olmadığı yerlərdədir.

- Komandada əhval necədir?

- Hər bir kollektivdə olduğu kimi, bizdə də mənfi hallar var idi. Bunu tez bir şəkildə aradan qaldırmağa çalışıram. Komanda olaraq, yaxşı ab-havadayıq. Mehribançılıqdı.

- Bu oyuna qarşı xüsusi motivasiya var idimi?

- Xeyr. Hər rəqibə qarşı eyni motivasiya ilə hazırlaşırıq.

- Komandanın erkən qol vurmasından sonra futbolçular daha da canlandı. İlk qol və sonrakı canlanma planlıydımı?

- Planımızda var idi. "Sabah"ın son oyunlarına baxdıqda, onlar 2-ci hissə daha yaxşı oynayırlar. Ona görə, erkən qol lazım idi.

- Hər oyundan sonra konfransda qarşımıza məqsəd qoyulmuyub deyirsiz. Bu sizə sonra problem yaratmayacaq?

- Qarşımıza Avropa Liqası hədəfi qoyulmayıb. Bacardığımızı etməyə çalışırıq.

- Avropa Liqası hədəfi qoyulmamasına səbəb, komandanın hazır olmamasıdırmı?

- Avroliqa üçün uzun vaxt var. Bu haqda danışmaq hələ tezdir. Komandada əskiklər var.

- Rəhbərliklə qış transfer dövründə transferlərlə bağlı müzakirələr olubmu?

- Qışda futbolçu transfer etmək çətindir. İndidən axtarışa başlamışıq. Alınıb-alınmayacağını bilmirik. Bəlkə hər hansı bir gənc futbolçunu heyətimizə qatdıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail