Foqts millimizin üzvündən danışdı

14.11.2018 | 4233 dəfə oxunub

Yığma komandamızın sabiq baş məşqçisi Berti Foqts açıqlama verib.

Stadiumaz xəbər verir ki, 71 yaşlı mütəxəssis millimizin və Almaniya III Bundesliqa təmsilçisi "Proyssen"in hücumçusu Rüfət Dadaşov barədə danışıb. O, Rüfətin II Bundesliqada oynamaq potensialına sahib olduğunu deyib: "Əgər ona təklif varsa, Rüfətin II Bundesliqada oynamaq gücü var. Topla yaxşı rəftar edir və qol duyumu yaxşıdır. Topun hara gələcəyini yaxşı bilir. Onunla çalışmaq mənim üçün xoş və əyləncəli idi".

Foqts Dadaşovun uzun müddət sonra milli komandaya dəvət almasından danışıb: "Onun 4 ildən sonra yığmaya dəvət almasına görə xoşbəxt oldum. Bu, Rüfəti daha da gücləndirir. Həm də "Proyssen"də yaxşı çıxışa davam edəcək".

Foqts 2008-2014-cü illərdə Azərbaycan millisini çalışdırıb. Rüfət Dadaşov millidə Foqtsun dönəmində debüt edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail