"Bu qədər oyun keçirmək çox çətindir" - Maksim Medvedev

14.11.2018 | 3307 dəfə oxunub

Özümə də xoşdur ki, “Qarabağ” tarixində ölkə çempionatlarında ən çox oyun keçirmək rekordu mənə məxsusdur. Çalışacam ki, bu rəqəmi daha da yüksəldim və klubda çox oyunum olsun". 

Stadium.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Maksim Medvedev klubun rəsmi saytına açıqlamasında deyib. Millimizin də üzvü olan təcrübəli müdafiəçi Ağdam klubunun heyətində ölkə çempionatlarında ən çox oyun keçirən futbolçu olduğu üçün qürur duyduğunu bildirib: "Hələ qarşıda bir neçə ilim var. 269-un daha böyük rəqəm olması üçün əlimdən gələni edəcəm. Düzdür, bu qədər oyun keçirmək çox çətindir, çox əziyyət çəkdim. “Qarabağ” kimi klubun ölkə çempionatlarında ən çox oynayan futbolçusu titulu mənim üçün qürurvericidir. Hədəfim ümumilikdə ən çox oynayan futbolçu adına yiyələnmək və bu klubla daha böyük zəfərlər qazanmaqdır”. 

M.Medvedev sözügedən rekordu Topaz Premyer Premyer Liqanın 11-ci turunda "Qəbələ" ilə keçirilən oyunda yeniləyib. O, Aslan Kərimovun rekordunu qırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail