Qurban Qurbanov: "Biz də iddialıyıq"

16.11.2018 | 4067 dəfə oxunub

UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda sabah Farer adalarını qəbul edəcək Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Təcrübəli mütəxəssis öncə oyunla bağlı danışıb:

- Çox danışmağa ehtiyac yoxdu. Hər şey məlumdu. Bacardığımız qədər komandanı hazırlamışıq. Sabahkı oyunu gözləyirik. Çalışacağıq ki, uğurlu nəticə qazanaq.

- Pavel Paşayevin durumu necədi?

- Hər şey qaydasındadı.

- Rəqibin baş məşqçisi və kapitanı çox iddialı danışırdı. Hər hansı sürpriz hazırlamaları mümkündü. Bunlara hazırsızmı?

- Əlbəttə ki, rəqibi tam yaxından tanımışıq. Onlara qarşı bir oyunumuz olub. Mütləqdi ki, hər bir komanda iddialı danışacaq. Çünki şanslar var. Biz də iddialıyıq. Düşünürəm ki, hər bir futbolçu əlindən gələni edəcək və sürprizlərə hazır olacaq. Oyunun gedişatında da rotasiyalar ola bilər. Ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq.

- Ötən oyunlarla müqayisədə yeni oyunçular var komandada. Start heyətində dəyişiklik gözləmək olarmı?

- Yeni oyunçular var. Amma indi fikir bildirə bilməyəcəm. Sabah oyundan əvvəl heyət bilinəcək.

- Son dönəmlərdə komanda səfərdə daha yaxşı oynayır. Bu, nə ilə əlaqəlidi?

- Əlaqələndirmək istəməzdim. Bu, futbolçular üçün elə də pis hal deyil. Amma komandalar ev oyunlarıda daha yaxş çıxış edirlər və çox xal toplayırlar. Kiçik turnirdi. Biz Bakıda da yaxşı nəticə əldə edə bilərik. Bəzən səfərdə oyun qurmaqla evdə hazırlaşmaq arasında istər-istəməz fərq olur. Öz meydanında oynayan daha aktiv oynamaq istəyir və bundan düzgün istifadə etmək olur. Öz meydanımızda isə rəqiblər müdafiədə daha diqqətli oynamağa çalışır. Hər bir halda biz bunu düşünmək durumunda deyilik. Bütün oyunlara qələbə istəyi ilə hazırlaşırıq. İnanıram ki, sabah ən yaxşı oyunlarmızdan birini göstərəcəyik.

- Hücum siyahısında 5 oyunçu var. Son iki matçda 2 hücumçu ilə oynamağınız mümkündümü?

- 2 hücumçu dedikdə, mənim həmişə futbolçulardan həmişə tələbim odu ki, hücumda sayımız çox olsun. Bu o demək deyil ki, mütləq 2 hücumçu ilə çıxış edəcəyik. Ön xətdə olan oyunçulara həmişə hücumçu gözü ilə baxıram. Oyunun gedişinə görə, bəzən 2, bəzən 3 hücumçu meydana buraxırıq. Bizim hədəfimiz oyun üslubumuzu daha da yaxşılaşdırmaqdı. Lazım olsa, yenə dəyişikliklərə əl atacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail