"Qarabağ" şəhid övladları ilə meydana çıxacaq

29.11.2018 | 4170 dəfə oxunub

Azərbaycan çempionu “Qarabağ” bu gün saat 21:55-də 70 min azarkeş tutumuna malik Bakı Olimpiya Stadionunda Avropa Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq.

“Qarabağ”ın Portuqaliyanın “Sportinq” klubu ilə oyununun başlanğıcı simvolik olacaq. Qurban Qurbanovun futbolçuları meydana çıxarkən onları Ağdamdan olan məcburi köçkün uşaqlar müşayiət edəcəklər. Futbol ulduzları ilə yanaşı, meydana Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan şəxslərin övladları da çıxacaq. Onların arasında Milli Qəhrəman Şirin Mirzəyevin nəvəsi - yeddi yaşlı Mirzəyev Şirin Vaqif oğlu, Milli Qəhrəman Allahverdi Bağırovun nəvəsi - altı yaşlı Bağırov Əli Elşən oğlu və əfsanəvi kəşfiyyatçı, 2016-cı ilin Aprel döyüşlərinin şəhidi polkovnik-leytenant Raquf Orucovun oğlu - 12 yaşlı Oruclu Nihad Raquf oğlu da olacaqlar”, - deyə Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən bildirilib. Həmçinin qeyd edilib ki, bu aksiyanın məqsədi futbolda varislik ənənəsinin rəmzi kimi komandanı dəstəkləmək, futbolçuları qələbəyə ruhlandırmaq, dünya ictimaiyyətinin diqqətini bir daha Ağdamın hələ də işğal altında olması faktına yönəltməklə məcburi köçkün ailələrinin və onların övladlarının öz torpaqlarına qayıtmaq istəyini, komandanın oyunlarının doğma torpaqda keçirilməsi arzusunu nümayiş etdirməkdir. "Bu təklif dövlət komitəsi tərəfindən hazırlanıb və “Qarabağ” klubu tərəfindən dəstəklənib. Məlumdur ki, Azərbaycanda idmana xüsusi qayğı var və gənc nəslin idmana marağı gündən-günə artır. Və burada Azərbaycan Prezidenti İlham Əliyev kimi, Birinci vitse-prezident, ölkənin birinci xanımı Mehriban Əliyevanın böyük xidmətləri var”, - təşkilatdan bildirilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail