"Oyunda hər şey var idi" - Elşad Əhmədov

01.12.2018 | 3498 dəfə oxunub

Premyer Liqanın XIII turunda “Sabah” evdə “Neftçi”yə 1:2 hesabı ilə uduzub.

Oyundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Elşad Əhmədov jurnalistlərin suallarını cavablandırıb. Əhmədov əvvəlcə matç haqda danışıb: - Maraqlı oyun keçdi. Matçda hər şey oldu: qollar, sarı, qırmızı vərəqələr, qol imkanları... Hər iki komanda qələbə qazanmaq istəyirdi. Standart vəziyyətlərdən əziyyət çəkdik. Bunların “bəhrəsini” gördük. İkinci hissədə uşaqlar oyunu əldən buraxmaq istəmirdi. Şanslarımız oldu. 1 xal qazana bilərdik. “Neftçi”nin irəlidə keyfiyyətli futbolçuları var. Onların sayəsində də imkanlar yaradıb, qol vururlar.

- Meydanda başqa nə olmalı idi ki, “Sabah” qol vursun, xal qazansın?

- Hər şey var idi, sadəcə, keyfiyyətli hücum alındıra bilmirik.

- Nə çatmırdı?

- Deyək ki, hücum vaxtı imkanlardan yararlanmamaq problemi var. Rəqib müdafiəçini keçə bilməmək, düzgün ötürmə edə bilməmək və s.

- Elşən Abdullayev nə zamana hazır olar?

- Gələn oyun meydana çıxa bilər. Həkimlərin qərarından asılı olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail